"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvanda bələdiyyələr maarifləndirilib

--2015-10-02 / 19:56

ədliyyə Akademiyasının, Bələdiyyələrlə iş mərkəzinin və ədliyyə Nazirliyinin şirvan Regional şöbəsi tərəfindən şirvan şəhəri, Neftçala, Salyan, Sabirabad və Saatlı rayon bələdiyyə üzvlərinin və qullquçularının iştirakıyla seminar keçirilib. Bu barədə məlumatı şirvan Regional şöbəsinin rəisi Nizami Hüseynov verib.

Seminarda “Bələdiyyələrdə korrupsiya hüquqpozmalarının qarşısının alınması”,  “Kənd təsərrüfatı təyinatılı torpaqların təyinatı üzrə istifadə edilməsi”  və “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” mövzusunda məruzələr dinlənilib.

Кeçirilmiş təlim kursunda şirvan regional ədliyyə şöbəsininin əməkdaşları – rəis - Nizami Hüseynov, aparıcı məsləhətçi – Rəşad Hüseynov, aparıcı məsləhətçi Yusif Səfərov –ədıiyyə Akademiyasının baş məsləhətçisi Qalib Məmmədov,  Bələdiyyələrlə iş mərkəzinin böyük məsləhətçisi Xaliq Səfərov, Bələdiyyələrlə iş mərkəzinin maliyyə məsələləri üzrə cəlb edilmiş mütəxəssisi Zöhrab Fərəcovun yuxarıda qeyd olunan mövzular ətafında məruzələri dinlənilib.

Seminrda  şöbənin ərazi yurisdiksiyasına aid inzibati-ərazi vahidlərində fəaliyyət göstərən bələdiyyələrdən ümumilikdə 118 nəfər bələdiyyə üzvü və qulluqçusu iştirak edib.

Təlim kursları zamanı tədbir iştirakçılarına yuxarıda göstərilən mövzularda nəzəri və praktiki bilikləriylə bağlı əhatəli məlumatlar verilmiş, tədbir iştirakçılarını maraqlandıran bütün suallar Mərkəzin və şöbənin əməkdaşları tərəfindən cavablandırılıb.

 

Belediyye.info

ŞƏRHLƏR