"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvanda referenduma ciddi hazırlıq işləri gedir

--2016-09-22 / 23:19

Respublikamızın hər yerində olduğu kimi şirvan şəhərində də referenduma (ümumxalq səsverməsinə) ciddi hazırlıq işləri gedir. Müəssisə və təşkilatlarda, təhsil müəssisələrində, yaşayış massivlərində geniş təbliğat və təşviqat işləri həyata keçirilir. Bu sahədə “Bələdiyyə təşviqat qrupu” da geniş fəaliyyət göstərir. Qrupun rəhbəri şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov konstitusiyaya edilən dəyişikliklər barədə geniş açıqlamalar verir, izahat işləri aparır.

Mədəniyyət mərkəzində keçirilən görüş də bu tədbirlərdən biridir.

“Bələdiyyə təşviqat qrupu”nun rəhbəri K.Muradov tədbiri giriş sözü ilə açmış və demişdir:

Yaradıcısı və müəllifi Ulu öndərimiz Heydər əlirza əliyev olan Müstəqil Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstusiyası  qəbul olunduğu dövrdə ən təkmil konstusiyalardan biri olmuşdur. Lakin cəmiyyət və dövlət həyatında baş verən fundamental dəyişikliklər, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, insanın, onun hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması strategiyası ilə bağlı dövlətin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə sadiqliyi və bu sahədə beynəlxalq hüquq normalarının üstünlüyünün qəbul olunması, respublikamızın dünyaya, ilk növbədə, Avroatlantika məkanına sürətli inteqrasiyası, çoxsaylı beynəlxalq təşkilatlara üzv olması və s. Bu kimi əhəmiyyətli məsələlər Azərbaycan Respublikası Konstitusiyasında artıq iki dəfə düzəlişlərin edilməsini zəruri etmişdir.

Nəticə etibarilə 24 avqust 2002-ci ildə Konstitusiyanın 24 maddəsində 32, 18 mart 2009-cu ildə isə 29 maddəsində 41 əlavə və dəyişiklik edilərək əsas Qanun bir daha təkminləşdirilmiş, konstitusion norma və prinsiplər dövrün tələblərinə uyğunlaşdırılmış və Azərbaycanın gələcək inkişafı üçün hüquqi zəmin yaratmışdır.

Artıq “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 25 iyul 2016-cı il tarixli qərarı ilə müsbət rəy vermiş, ölkə prezidentinin 26 iyul 2016-cı il tarixli “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsvermə (referendum) keçirilməsi haqqında” Sərəncamı ilə ümumxalq səsvermə (referendum) 26 sentyabr 2016-cı ilə təyin olunmuşdur.

- Təklif edilən Referendum Aktında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi, eyni zamanda, 6 maddənin əlavə edilməsi nəzərdə tutulur. Onları dörd qrupda birləşdirmək mümkündür:

1) insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi;

2) siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi;

3) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsi;

4) insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılması.

Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı sonuncu referendum 2009-cu il martın 18-də keçirilib.

Ötən 7 ildə Azərbaycan dinamik inkişaf edib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib. Ona görə bu islahatlarda başlıca hədəf dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Elə ki, konsitusiya Aktında eyni zamanda Prezidentin səlahiyyət müddətinin artırılması, 1-ci Vitse-Prezident və Vitse-Prezident vəzifələrinin təsis edilməsi,  passiv seçki hüququ baxımından aşağı yaş həddinin 18 yaş müəyyənləşdirilməsi mütərəqqi təklif kimi qiymətləndirməkdən savayı ədalətli yol qalmır.

Son  illərdə ölkəmiz sürətlə inkişaf etməkdədir.  Bu baxımdan ölkənin təhlükəsizlik məsələləri ön plana çəkilir və dövlət idarəetməsində  islahatların  davamlı həyata keçirilməsinə ehtiyac duyulur. Eləcədə  vətəndaşların hüquq və azadlıqları ilə bağlı, onların təhlükəsizliyinin təminatı ilə əlaqədar müəyyən məsələlər ortaya çıxır ki, bunların konstitusion normalarla möhkəmləndirilməsi üçün zəmin yaranır: Bu baxımdan  konstitusiyaya dəyişikliklərlə bağlı cənab Prezident tərəfindən irəli sürülən Referendum Aktı layihəsi  günün tələbidir.

K.Muradov daha sonra dedi: tam əminliklə deyə bilərəm ki, mənim bələdiyyə sədri olduğum şirvan şəhər sakinləri, ziyalılar və ictimaiyyətin nümayəndələri də ölkə konsttusiyasına təklif olunan dəyişiklikləri dəstəkləyir və Umümxalq səsverməsində fəal iştirak etmək təşəbbüsü ilə çıxış edirlər.

 “Bələdiyyə təşviqat qrupu”nun üzvləri şirvan şəhərinin 10, 21, 16, 20 saylı məktəblərində, Hacıqəhrəmanlı qəsəbəsində, şəhərin yay kinoklubunda və digər yerlərdə də tədbirlər həyata keçiriblər.

 Xüsusi olaraq Belediyye.info üçün

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR