"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

SiYASi RəHBəR, HəM Də LiDER OLARSA - ədliyyə generalından maraqlı addım

--2020-07-19 / 06:15

Bu günlərdə Göyçay rayonunda əllərində Azərbaycan bayraqlarını tutmuş yüzlərlə vətənpərvər gənc küçələrə axışaraq “Qarabağ”, “Qarabağa azadlıq” şüarlarını səsləndiriblər. Göyçay Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə də gənclərin Azərbaycan ordusuna dəstək aksiyasına qoşularaq yaxından iştirak edib. Aksiya iştikaçısı olan gənclərin qarşısına çıxan rayonun siyasi rəhbəri Azərbaycan ordusuna həmrəyliyini ifadə edən gənclərə bu gün Azərbaycan ordusunun növbəti qəhrəmanlıq salnaməsi yazdığını, həmişə olduğu kimi bu dəfə də erməni təxribatının qarşısının layiqincə alındığını bildirib.

Siyasi rəhbər izdiham qarşısındakı çıxışında Ali Baş komandanın rəhbərliyi ilə Qafqazın ən güclü vətənpərvər ordusunun tezlikə işğal olunmuş torpaqlarda üç rəngli bayrağımızı dalğalandıracağı günün yaxınlaşdığını qeyd edib. Bu gün Azərbaycan xalqının vahid komandanlıq altında idarə olunan orduya dəstəyi qürurvericidir. Bu gün Göyçaylı gənclər vətən uğrunda şəhid olmuş generalın dəfni ilə əlaqədar şəhərin şəhidlər xiyabanına yürüşü bir daha gənclərimizdə vətən uğrunda, şəhidlərimizin ruhuna hörmət, qüdrətli ordumuza inam, etibar və dəstək nümayiş etdirdilər. Ölkəmizin hər yerində, o cümlədən şirvanın gözü hesab edilən Göyçayda ziyalılar, ağsaqqallar, Qarabağ qaziləri Ali Baş komandanın yanında olduqlarını bildirirlər. Rayon rəhbəri çıxışında bu dönəmdə, belə bir vəziyyətdə qəti olaraq sabitliyi pozmağa, çaxnaşmaya, münaqişəyə yol verməyin sonra acı nəticələrə səbəb olacağını diqqətə çatdırdı.

əlavə olaraq rayon icra hakimiyyəti başçısı çıxışının sonunda hər kəsin diqqətini çəkən bir məqama toxunub: “Azərbaycan Respublikası Prezidentinin hərbi səfərbərlik çağırışı olsa məndə sizlərlə birgə olaraq bu çağırışa qoşulacacaq və general kimi ön xəttdə vətənin müdafiəsində şərəflə xidmət edəcəyəm”.

Azərbaycan gəncinin həmişə ağsaqqal, böyük sözünə, tövsiyəsinə əməl etdiyini, öz xalqının gələcəyi naminə çalışdığını bildirən Mehdi Səlimzadə rayonun gəncləri ilə birgə şəhərin şəhidlər parkında uyuyan şəhidlər xiyabanını ziyarətə gəldilər. Rayon ağsaqqaları, şəhid ailələri, Qarabağ qaziləri, əsgər ataları, ziyalıları çıxışlarında dövlətimizə, xalqımıza, ordumuza dəstək olduqlarını vurguladılar. Gənclərlə şəhidləri ziyarət edən birgə rayon rəhbərliyi tər qərənfillər düzərək ruhlarına dualar oxudular.

Beləliklə, əsasən gənclərin iştirak etdiyi yürüş “şəhidlər Xiyaban”ını ziyarətlə başa çatdı.

***

Prezident ilham əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışıa qoşulan minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar.

Növbəti gün Göyçay rayon sakinləri, gənclər, ağsaqqalar, Qarabağ qaziləri, idmançılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göyçay rayon şöbəsinin qarşısına gələrək könüllü olaraq idarənin qarşısına toplaşdılar. Son günlər Tovuz rayonu istiqamətində erməni təxribatının qarşısının alınması uğrunda canlarını fəda edərək, öz vəzifə borclarını yerinə yetirərkən şəhid olan vətən övladları bir dəqiqəlik sükutla yad olundu.

Yenidən vətənpərvər gənclərin qaşısına çıxan icra başçısı qeyd edib:

-          Azərbaycan ordusunun qüdrətindən, yüksək texniki bazaya, vətənpərvərlik ruhuna, nizam-intizama, qayda-qanuna malik olduğunu qeyd etdi. Ali Baş komandan ilham əliyevin Nazirlər Kabineti yanında keçirdiyi föqaladi iclasda bu gün ordumuz tərəfindən erməni təxribatlarının qarşısının qəhrəmancasına alınmasını, xalqla iqtidar birliyini, tezlikən işğalçıların məhv olunacağını, bir qarış vətən torpağınında düşmənə verilməyəcəyini toplantı iştirakçılarının diqətinə çatdırdı. Rayon rəhbəri vətəndaşlarımızın bu gün həmrəylik nümayiş etdirməsini yüksək qiymətləndirərək, təşəkkürünü bildirdi. icra başçısı bütün dünyanı bürüyən Covid 19, karona virusu ilə mübarizə aparılması üçün Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin qaydalarına əməl etməyin yaddan çıxarılmamasınln vacibliyini bildirərək, kütləvi toplaşma zamanı tibbi maskalardan istifadə, ara məsafəsinin saxlanmasını bildirdi. əsasən gənclərin iştirak etdiyi toplantıda Mehdi Səlimzadə sosial şəbəkələrdə yalan,böhtan, dezinformasiya yazan bəzi saytlara, statuslara, paylaşmalara diqqətlı yanaşmağı, yalnız rəsmi məlumatlara etibar edib inanmağı bildirdi.

Rayon rəhbəri çıxışının sonunda əsasən bu dönəmdə içimizdə olan xəyanətkarların Azərbaycan vətəndaşlarının qarşıdurma, vətəndaş müharibəsi yaratmaq arzusunun gözlərində qalacağını bildirərək, Göyçay rayon ictimaiyyətinin Azərbaycan Respublikası Prezidenti ilham əliyevin ətrafında sıx birləşməyə çağırdı. Sonra çıxış edən ağsaqqalar, Qarabağ qaziləri, din xadimləri, siyasi partiya fəalları, gənclər Azərbaycan ordusunun qəhrəmanlığından, vahid komandanlıq altında döyüşlərində, erməni vəşilərinin məhv edilməsindən, dovlətlı xalqın birliyindən, Ali Baş komandanın əmrini gözlədiklərini bildirdilər. Sonda rayon icra hakimiyyəti başçısı başda olmaqla, könülülər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göyçay rayon şöbəsində qeydiyyatdan keçdilər.

Yazı Goycay.info.az saytnının məlumatları əsasında hazırlanıb.

***

P.S. Mehdi Səlimzadə 2004-ci ildən ədliyyə sistemin də məsul vəzifədə çalışıb. Vətən və dövlət qarşısında göstərdiyi xidmətlərə görə 2012-ci ildən Azərbaycan Prezidenti Ilham əliyevin sərəncamıyla   III dərəcəli dövlət ədliyyə müşaviri Ali xüsusi rütbəsi verilib.

***

P.S.S. Açıq etiraf edək ki, cəmiyyətdə icra başçılarının fəaliyyəti heç də birmənalı qarşılanmır. Son aylarda beş icra başçısnın və onlarca rayon səviyyəli məmurun həbsi bu sahədə sədaqətlə çalışanların da fəaliyyətinə kölgə salmış oldu. Biz də yazılarımızda daim bu məqamı diqqətdə saxlayır və daim bu strukturun ləğv edilməsini, regional idarəetməyə keçidin reallaşdırılmasına tərəfdar olduğumuzu bildirmişik.

Ancaq bununla yanaşı rayon və şəhər icra başçılarının içərisində vətənini, dövlətini sevən insanlar da az deyil. Və onlardan biri də Göyçay RiH başçısı Mehdi Səlimzadədir.

Yuxarıda haqqında yazılan tədbirlərin həvəskar çəkilişlərini “YouTUBE” kanalında izlədim.

Bir məqam diqqətimi çəkdiyindən onu xüsusiylə vurğulamaq istərdim. Gənclərin qarşısına çıxıb onları düzgün istiqamətə aparması, hətta özünündə ürəklə, heç kimdən tapşırıq gözləmədən, həm də həqiqi bir general olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göyçay rayon şöbəsində qeydiyyatdan keçməsi təqdirə layiqdir. Məhz elə bu səbəbdən də Göyçay.info.az saytının məlumatında başlığı dəyişib “Siyasi rəhbər, həm də lider olarsa”- yazdım.

https://www.youtube.com/watch?v=8ENh5sMSEXI&feature=youtu.be

https://www.youtube.com/watch?v=UrSa4Fi7OAM&feature=youtu.be

P..S.S...Göyçay.info.az saytının əməkdaşlarına isə təşəkkürümü bildirirəm

 

 

ŞƏRHLƏR