"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Siyəzən bələdiyyələri büdcə gəlirlərini 10 faiz artırıb

--2021-04-21 / 05:29

Siyəzən rayonunda formalaşan 11 bələdiyyənin 2020-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 301.900 manat olub. Bu isə 2019-ci illə müqayisədə büdcə gəlirlərində 10.5 faizədək artım deməkdir.

Qeyd edək ki, 2019-cu ildə Siyəzən bələdiyyələrinin büdcə gəliri 273.300manat olmuşdur.

əldə edilən vəsaitin isə 47 faizi yəni (142.200 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Siyəzən rayonunda formalaşan 11 bələdiyyə ötən il ərzində 13.000 manatlıq əmlak vergisi, 48.000 manatlıq torpaq vergisi, 72.000 manatlıq mədən vergisi toplaya biliblər.

əlavə edək ki, ən çox artım mədən vergisindən və əmlak vergisinin toplanılmasında olub. Mədən vergisində 2.5 dəfə, əmlak vergisində isə 78 faiz artım müşahidə olunub.

Qeyd edək ki, il ərzində bələdiyyələrə 25.700 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Ötən il Siyəzən bələdiyyələrinə bələdiyyə mülkiyyətində olan müəssiəsələrdən mənfəət vergisi habelə , dayanacaq və kurort sanatoriya rüsumu daxil olmayıb.

əlavə edək ki, büdcə gəlirlərində digər istiqamətlərdən 100 manat vəsait daxil olub.

 Belediyye.info

ŞƏRHLƏR