"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Siyəzəndə bələdiyyə torpaqlarında yanğın hadisəsi baş verib

--2016-08-19 / 19:30

Avqustun 19-da saat 14:00 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində bələdiyyə torpaqlarında naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Bu barədə AZəRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq məqsədilə ETSN-in yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Siyəzən Rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.

http://azertag.az/xeber/985288

ŞƏRHLƏR