Siyəzəndə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Siyəzən rayonu, Zarat kəndində bələdiyyəyə məxsus dağlıq ərazidə 140 ha sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqda olan fermalar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
http://www.apa.az/xeber-az/hadise/siyezende-140-hektar-sahede-quru-ot-yanib.html

