sorğu
Bələdiyyələrdə gender zorakılığı müraciəti üçün xüsusi qutular qoyulub.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliya ibrahimova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dövlət Komitəsinə edilən müraciətlər hər il artır.
şöbə müdirinin sözlərinə görə, hazırda bələdiyyələrdə gender zorakılığına qarşı komissiyalar yaradılır:
"Xüsusi qutular qoyulub və vətəndaşlar gizli olaraq məlumatları ora daxil edir, bələdiyyələr isə onları dövlət orqanlarına təqdim edir. Bu, Avropa təcrübəsi əsasında tətbiq edilir".
https://report.az/hadise/belediyyelerde-gender-zorakiligi-muracieti-ucun-xususi-qutular-qoyulub/