"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Somali bələdiyyə rəsmiləri Türk Dünyası Bələdiyyələr Birliyində olub

--2016-05-28 / 15:48

Somalinin Banaadir əyaləti valisi və TDBB üzvü olan Paytaxt Mogadişinin  Bələdiyyə Başçısı Yusuf Xuseen Jimcaalenin rəhbəri olduqları nümayəndə heyəti Türk Dünyası Bələdiyyələr Birliyini (TDBB)  ziyarət ediblər. Bu barədə məlumatı TDBB yayıb. Məlumatda qeyd edilir ki, səfərdə əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə Başçı Yusuf Xuseen Jimcaale Somalinin daxili çəkişmələr nəticəsində ciddi problemlərlə üzləşdiyindən yeni nəslin şəhər idarə qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün TDBB-nın təhsil proqramlarını əhəmiyyət verdiklərini vurğulayıb.

TDBB baş katibi Fəxri Solak  Somalidən  TDBB daha çoxlu sayda bələdiyyələri üzv kimi görmək istədiklərini, əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərə hazır olunduğunu dilə gətirib.

Görüşdə istanbul Böyükşəhər Bələdiyyəsi ilə qardaş şəhəri olan Mogadişinin TDBB-nin dəstəyilə  reallaşdırılan  ortaq layihələr  ətrafında müzakirələr aparılıb.

Dünya Humanitar Zirvəsi çərçivəsində istanbulda olan Mogadişi Bələdiyyə Başçısı və bərabərindəki heyət ölkələrinə dönmədən TDBB-ni ziyarət edərək potensial əməkdaşlıq sahələrini müzakirə ediblər.

Belediyye.info

ŞƏRHLƏR