"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sona əliyeva Dəllər Cırdaxan kəndində seçicilərini qəbul edib

--2017-08-30 / 18:03

30.08.2017-ci il tarixində 99 saylı şəmkir kənd Seçki Dairəsini təmsil edən millət vəkili Sona əliyeva şəmkir rayon Dəllər-Cırdaxan kəndində seçiciləri qəbul edib. Bu barədə məlumatı şəmkir Heydər əliyev Mərkəzi yayıb.

Millət vəkilinə edilən müraciətlər əsasən əlillik dərəcəsinin alınması, işlə təmin olunma məsələləri ilə bağlı olub.

Kəndin ümumi problemləri sırasında yolların təmiri, yeni artezian quyusunun qazılması və digər quyunun təmiri, təbii qazın verilməsində yaranan problemlərlə bağlı məsələlər yer alıb.

Millət vəkili vətəndaşların problemləri ilə bağlı müvafiq qurumlara müraciətlər ünvanlayıb.

Belediyye.info

ŞƏRHLƏR