"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sorğu başa çatdı- QALiB KiM OLDU?

--2016-07-21 / 01:13

“Bələdiyyələrin fəaliyyətinin  təbliği” ictimai Birliyi növbəti sorğuya yekun vurdu. 25 gün davam edən interaktiv sorğuda ümumilikdə 280 səfər səsvermədə iştirak edib. Bununla yanaşı 60 nəfər sorguyla bağlı rəy və təkliflərini bildiriblər.

Beləliklə,  340 nəfərin rəyi qeydə alınıb. ilk olduğundan və sorğunun bələdiyyələr tərəfindən də geniş təbliğ olunmaması nəticəsində bu gün 300 min nəfər sakini olan Binəqədi rayonunda keçirilən sorğuda  340 nəfərin rəy bildirməsi hələ bələdiyyələrin əhali arasında çox iş görməli olduğundan xəbər verir. inanırıq ki, növbəti sorğularda daha çox sakin səsvermədə iştiak etməklə fikirlərini bildirəcəklər.

Səsvermənin ilk günlərində Biləcəri bələdiyyəsi aktiv olsa da, sonradan Binəqədi bələdiyyəsi, axıra yaxın isə Binəqədi qəsəbə bələdiyyəsi təşəbbüsü ələ ala bildi. Xocasən bələdiyyəsi də sona yaxın aktivləşmişdi.  M.ə.Rəsulzadə və  Biləcəri  bələdiyyələri daim eyni tempdə səsverməni davam etdirmişlər.

Sıralamanı təqdim etməzdən öncə qeyd etməliyik ki,  Binəqədi rayonunda formalaşan beş bələdiyyə- M.ə.Rəsulzadə, Binəqədi, Biləcəri,  Binəqədi qəsəbə və Xocasən bələdiyyələrinin hər biri  fəaliyyətləriylə  daim sakinlərin və ictimaiyyətin diqqətini çəkir.  Elə bir gün olmur ki, bələdiyyə sədrlərinin iştirakıyla icra nümayəndələrinin, o cümlədən digər struktur rəhbərlərinin iştirakıyla sakinləri maraqlandıran suallar cavablandırılmasın, habelə onların qarşılaşdığı problemlərin həlli istiqamətində addımlar atılmasın.

Beləliklə,  sıralamanı təqdim edirik: (səsvermədə birinci rəqəm interaktiv sorguda səsverənlərin sayını, ikinci rəqəm isə  rəy verənlərin sayını göstərir)

  1. Binəqədi qəsəbə 111+ 12=123

           Binqədi rayon        98 +25=123

  1. Biləcəri                  28 + 7=  35
  2. M.ə.Rəsulzadə       26 + 8=  34
  3. Xocasən                 17 + 8=  25

Yekun olaraq bütün iştirakçıları təbrik edir,  bir daha inanmaq istəyirik ki, Binəqədi bələdiyyələri  seçiciləri qarşısında verdikləri sözə layiqincə əməl edə biləcəklər.

Bizim məqsədimiz bələdiyyələrin fəaliyyətini təbliğ etmək idi. ən azı 340 nəfər bələdiyyənin fəaliyyəti haqqında bilgisi oldu.

Belediyye.info

ŞƏRHLƏR