"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şorsulu kəndinin fermerləri Türkiyədə əldə etdikləri təcrübəni həmkarları ilə bölüşəcəklər

--2017-12-24 / 11:52

şorsulu kəndinin fermerləri Türkiyədə torpaqların konsolidasiyası ilə bağlı əldə etdikləri təcrübəni həmkarları ilə bölüşəcəklər.

Bu barədə AZəRTAC-a müsahibəsində Salyan rayonu şorsulu bələdiyyəsinin sədri Famil Məmmədov deyib.

O bildirib ki, şorsulu kəndinin bir qrup fermeri torpaqların konsolidasiyası ilə bağlı təcrübəyə yiyələnmək üçün Türkiyənin Dənizli və Aydın şəhərlərində səfərdə olub, bu sahə ilə bağlı bir çox məlumatlar əldə edib. Hazırda şorsulu kəndinin digər fermerləri ilə torpaqların konsolidasiyasının əhəmiyyətinə dair Türkiyə təcrübəsini bölüşmək üçün mərhələli şəkildə görüşlərin keçirilməsi planlaşdırılır.

Famil Məmmədov qeyd edib ki, Türkiyədə səfərdə olan azərbaycanlı fermerlər torpaqların konsolidasiyasının vacibliyini düşünür və bunun əhəmiyyətli olduğunu anlayırlar. Torpağın konsolidasiyası məhsulların artırılması, texnikadan səmərəli istifadə üçün faydalıdır

https://azertag.az/xeber/1123727

ŞƏRHLƏR