1. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini özgəninkiləşdirə bilərmi?
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini 5 il müddətində özgəninkiləşdirə bilməz.
2.Yerli vergi və ödənişlər hansı qaydada ödənilir?
“Yerli vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun 11.4-cü maddəsinə görə yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.
3. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilərmi?
“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz.
Hazırladı: Lənkəran regional ədliyyə şöbəsinin məsləhətçisi Aqil Salmanov