Fransanın Strasburq şəhərində Avropa şurasının mənzil qərargahında Azərbaycan nümayəndə heyətinin də qatıldığı Yerli və Regional Hakimiyyətləri Konqresinin 41-ci Sessiyası işə başlayıb. Bu barədə məlumatı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan MR Ali Məclisinin üzvü Anar ibrahimov bildirib. Anar ibrahimov sosial media hesabında bununla bağlı bir cümləlik maraqlı status da paylaşıb: “iki il fasilədən sonra Strasburqda Avropa Sura Yerli və Regional Hakimiyyətlər Konqresinin 41-ci sessiyasında canlı iştirak edə bildik”
Qeyd edək ki, iki dün davam edəcək sessiyada bir sıra ciddi məsələlərin müzakirəsi nəzərdə tutulub.
əlavə edək ki, nümayəndə heyətinə Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, nümayəndə heyətinin katibi Rövşən Məmmədov da iştirak edir.
Belediyye.info
|
|
|
|