"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzindədir

--2015-05-16 / 19:14

Bakı, 15 may, AZəRTAC

Mayın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birlikdə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud problemlər və həlli yolları” mövzusunda müşavirə keçirib.

FHN-dən AZəRTAC-a bildiriblər ki, müşavirədə Sumqayıt Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Sumqayıt şəhər icra Hakimiyyətinin, yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri, çimərliklərə məsul şəxslər iştirak ediblər.

Tədbirdə “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, “Dəniz suyunun təmizlik vəziyyəti”, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlikdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzularında məruzələr dinlənilib. Həmçinin şəhərin çimərlik mövsümünə hazırlıq vəziyyəti ilə əlaqədar məlumat verilib, eyni zamanda, FHN-in fəaliyyət istiqamətləri haqqında sənədli film və Dövlət Sularda Xilasetmə Xidmətinin videoçarxı nümayiş etdirilib.

Sonda Sumqayıt şəhəri ərazisində yerləşən çimərliklərdə mövcud problemlər təhlil olunub, çimmək üçün qadağan edilən yerlərə aidiyyəti orqanların nəzarətinin gücləndirilməsi və həmin yerlərdə qadağanedici işarələrin yerləşdirilməsinin vacibliyi bildirilib.

ŞƏRHLƏR