"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sual verin cavab verək: BəLəDiYYə BüDCəSiNDəN PUL VəSAiTi HANSI QAYDADA AYRILIR?

--2017-09-11 / 09:23

 1. Bələdiyyə büdcəsindən pul vəsaiti hansı qaydada ayrılır?

 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.

 2. Yerli büdcə nə vaxt müzakirə və təsdiq edilir?

 Növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və  təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir.

Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.

 3.Yerli vergi və ödənişlər hansı qaydada ödənilir?

 “Yerli vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun 11.4-cü maddəsinə görə yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.

 Cavabları hazırladı: Çingiz Cavadov

Lənkəran regional ədliyyə idarəsinin baş məsləhətçisi,

 kiçik ədliyyə müşaviri

ŞƏRHLƏR