"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Subvensiya ayrılacaq –BəLəDiYYəLəRə şAD XəBəR

--2018-10-31 / 04:32

Belediyye.infoya daxil olan məlumata görə, 2019-cu ilin büdcə layihəsində bələdiyyələrə hər il olduğu kimi dotasiyanın ayrılması nəzərdə tutulur. Bu rəqəmin ötən ildəki kimi 5.2 milyon manat olacağı gözlənilir.

Bununla yanaşı növbəti ildə bələdiyyələrə məqsədli layihələrin icrası üçün subvensiyanın ayrılması da planlaşdırılır. Bu rəqimin isə ilk olaraq 500 min manat olacağı gözlənilir.

Belediyye.infoya daxil olan məlumatı Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev də təsdiq edib.

Qeyd edək ki, hər il dövlət büdcəsindən bələdiyyələrə əvəzsiz yardım şəklində dotasiya ayrılır, lakin məqsədli layihələrin icrası üçün subvensiya cari ildə ilk dəfədirki dövlət büdcəsinin layihəsinə salınıb.

Belediyye.info

ŞƏRHLƏR