“Cari ildə dövlət büdcəsindən bələdiyyələrə bir milyon manat həcmində subvensiya ayrılması nəzərdə tutulur. Ötən ildə isə kənd bələdiyyələrindən 36 layihə Maliyyə Nazirliyinijn müvafiq qurumlarına təqdim edilsə də, hələlik bu layihələrin yalnız ikisi qeydiyyata alınıb”- bu fikirləri Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri əli Mehdiyev Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında bildirib.
Assosiasya sədrinin sözlərinə görə, Göyçayın şəkər bələdiyyəsi plastik qabların istehsalı sexiylə bağlı layihəsi və Biləsuvar rayonunun Ağayrı bələdiyyəsinin kənd təsərüfatı məhsullarının konservləşdirilməsiylə bağlı layihəsi qeydiyata alınıb.
Bələdiyyələrin layihə verməsi üçün mart ayının sonudadək vaxtı var. Ancaq tələsmək lazımdır. Bizdə öz növbəmizdə maarifləndirmə işlərinə diqqəti atırmışıq. Yəqin ki, təqdim edilən layihələrin sayı artacaqdır.
Belediyye.info