Qaradağ Rayon icra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Bu barədə məlumatı Qaradağ RiH yayıb.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda 300-dən çox qəsəbədə sakinləri iştirak edib.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışmışlar. Qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənilib.
Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab ilham əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.
Belediyye.info
|
|
|