"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Süleyman Mikayılov Qaradağ sakinlərinə hesabat verdi

--2018-02-03 / 17:50

Qaradağ Rayon icra Hakimiyyətinin 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı Qaradağ RiH yayıb.

Yığıncağın işində Qaradağ Rayon icra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qaradağ RiH başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, şuranın üzvləri Ümummilli Lider Heydər əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Yığıncaq iştirakçıları ilk öncə 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan filmi seyr ediblər. .Hesabat məruzəsi ilə çıxış edən Qaradağ RiH başçısı  S.Mikayılov Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətləri vurğulayıb.

2017-ci ilin yekunları haqqında geniş məruzə nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov rayonun sosial iqtisadi inkişafını geniş təhlil edərək, statistik rəqəmləri iclas iştirakçılarının diqqətinə çatdırdı.

Məruzə ətrafında “əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair” Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin müdiri  Cavid Abdullayev, Cəmiyyət tərəfindən görülmüş işlər və qarşıda duran perespektivlərə dair “Norm” MMC-nin məsul əməkdaşı  Emin şıxəliyev, 2017-ci ildə təhsil müəssisələrində görülmüş işlər və qarşıda duran vəzifələrə dair” 106 saylı tam orta məktəbin direktoru  Təranə Qasımova, hesabat dövründə rayonda əhalinin tibbi müayinədən keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair 32 saylı şəhər poliklinikasının baş həkimi  əlisəfa Hüseynov çıxış edərək rayon icra hakimiyyətinin 2017-ci ildəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər.

iclasda iştirak edən Milli Məclisin deputatı,  YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan, ölkə başçısı cənab Prezidentin son zamanlar devalvasiya ilə əlaqədar imzaladığı ardıcıl sərəncamları və verdiyi fərmanları geniş təhlil etdi.

Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev respublikamızın 2017-ci ildə əldə etdiyi sosial-iqtisadi inkişafdan danışmış, ölkə üzrə statistik məlumatları iclas iştirakçılarının nəzərinə çatdırmışdır.

Gündəlikdəki məsələyə dair Qaradağ Rayon icra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edildi/

Belediyye.info

 

ŞƏRHLƏR