Bakının Qaradağ rayon icra Hakimiyyətinin başçısı Süleyman Surxay oğlu Mikayılov bu gün 55 yaşını qeyd edir.
1962-ci ildə aprelin 27-də anadan olan S.Mikayılov 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
Qeyd edək ki, Süleyman Mikayılov yeddi il əvvəl bu vəzifəyə təyin edilsə də, ümumən on iki illik icra başçsı kimi iş təcrübəsi vardır.
O, 2005-ci ilin may ayından dekabr ayınadək Yardımlı RiH-nin, 21 dekabr 2005-ci il tarixindən Lənkəran şəhər icra Hakimiyyətinin başçısı olub. O, Azərbaycan Respublikası Prezidentinin 04 mart 2010-cu il tarixli sərəncamı ilə Qaradağ rayon icra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.
Ailəlidir, iki övladı var.