"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt bələdiyyələri ötən il nə qədər qazanc əldə ediblər?

--2018-04-13 / 06:36

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Sumqayıt şəhərində formalaşan üç bələdiyyənin əldə etdiyi maliyyə vəsaitinin həcmi 1.629.800 manata olub ki, bu da ötən ildəki rəqəmdən 8.2 faiz artıq deməkdir.

Qeyd edək ki, Sumqayıt şəhərində üç bələdiyyə: Sumayıt şəhər, Corat və H.Z.Tağıyev bələdiyyələri fəaliyyətdədir. əldə edilmiş maliyyə vəsaitinin böyük bir qismi Sumaqyıt şəhər bələdiyyəsinin üzərində düşüb. Onların əldə etdikləri maliyyə vəsaitinin həcmi  1.542.332  manat olub.

Bəs əldə edilən büdcədaxilolmaları əsas hansı istiqamətdən daxil olub?

Məlumatda qeyd edilir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bələdiyyələrin əldə etdiklərin vəsaitin 11.3 faizi fiziki şəxslərdən əmlak vergisinin, 6.2 fazi fiziki şəxslərdən torpaq vergisindən daxil olub.

il ərzində Sumaqyıtda formalaşan 3 bələdiyyəyə 29.300 manat fiziki şəxslər tərəfindən maliyyə yardımı göstərilib.

Bələdiyyə büdcəsinə avtodayanacaqlardan 9.700 manat, bələdiyyə əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən 984.400 manat daxil olub. Digər istiqamətlərdən bələdiyyə büdcəsinə 39.500 manat vəsait daxil olub.

Sumqayıt bələdiyyələrinin büdcəsinə sanatoriya-kurort, mehmanxana və turzim xidmətlərindən, mədən vergisindən, açıq məkanda reklamlarından maliyyə vəsaiti daxil olmayıb.

Dövlət tərəfindən ayrılan dotasiyanın həsmi isə ümumi büdcə gəlirlərinin 17,3 faizini təşkil edib.

Belediyye.info

 

 

ŞƏRHLƏR