Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2016-cı ildə Sumqayıt bələdiyyələri 1.506.500 manat maliyyə vəsaiti əldə ediblər. Bu vəsaitin 862.500 manatı bələdiyyə əmlkanın özəlləşdirilməsi və icarəsindən daxil olub. Bu ötən ilki səviyyənin cəmi 57 .3 faizi deməkdir.
Bununla yanaşı əmlak vergisinin yığımında ciddi irəliləyişə nail olunub. 2015-ci illə müqayisədə 2016 –cı ildə Sumqayıt bələdiyyələri 90 faiz artıq əmlak vergisi yığıblar.
Bu ümumi bücdədaxilolmalarının 5.3 faizini təşkil etməklə, ümumi rəqəm 80 min manata bərabər olub.
Mədən vergisindən 300 manat, 12.800 manat avtodayanacaqlardan, 88.4 manat maliyyə yardımlarından, 281 min manat dotasiyadan, 50.5 min manat isə digər daxilolmalardan əldə olunub.
Bununla yanaşı ümumi respublika göstəricisindən fərqli olaraq üç Sumaqyıt bələdiyyəsi əldə etdikləri maliyyə vəsaitinin yalnız 41.2 fazinin özlərinə xərcləyiblər.
Belediyye.info