Sumqayıt Bələdiyyəsi 2016-cı ilin birinci yarısında öz fəaliyyətini şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov müəllifi olduğu Sumqayıtın yeni inkişaf Konsepsiyasına arxalanan bələdiyyənin yerlı sosial müdafiə, yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji və xarici əlaqələr Proqramları əsasında qurmuşdur.
Yeni urbanistika siyasəti əsasında 2015-ci ilin sentyabr ayından Sumqayıtda icra olunan irimiqyaslı layihələr şəhərin yüksək şəhərsalma və yaşayış standartlarına cavab verilməsinə yönəldilmişdir. şəhərin yeni sosial-iqtisadi inkişaf proqramı əsasında Heydər əliyev Mərkəzinin memarlıq əsəri olan yeni binası inşa edilir. şəhərin Heydər əliyev parkı ərazisində beynəlxalq yarışların standartlarına cavab verən şahmat Məktəbinin yeni binasının tikintisi tamamlanmaq üzrədir. şəhər mədəniyyətinin infrastrukturunu zənginləşdirən H.ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binası möhtəşəm şəkildə yenidən quraşdırılır, incəsənət Məktəbinin yeni binası cari ilin axırınadək mədəniyyət işçilərinin istifadəsinə veriləcəkdir. şəhərin məhəllə və mikrorayonlarının abadlaşdırılması məqsədi ilə daxili yolların və həyətlərin asfaltlaşdırılması, yaşıllaşdırılması və işıqlandırılması geniş şəkildə aparılır, yaşayış evlərinin dam örtüklərinin yeni müasir materiallarla quraşdırılması, 200 ədədə yaxın yeni liftin işə salınması, zirzəmilərin qurudulması və təmizlənməsi istiqamətində aparılan işlər kütləvi xarakter daşıyır. Sumqayıtın giriş hissəsində Sülh küçəsinin genişləndirilməsi, yolun ətrafında landşaft memarlıq və dizayn üslubunda icra olunan abadlıq işləri şəhərin bu hissəsinə xüsusi görkəm gətirəcəkdir. Sumqayıtın yenidən qurulmasında Dənizkənarı Bulvarın salınması xüsusi rol oynayır. Memarlıq dilində desək, artıq bu gün tikililərinin və qurğularının konturları formalaşan Dənizkənarı Bulvar şəhərin sahil hissəsini tamamlayaraq Sumqayıtın tərkib hissəsinə çevrilmişdir. Qeyd olunmuş və şəhərin müasirləşdirilməsində digər icra olunmuş və olunan layihələr sumqayıtlılara və onun qonaqlarına yüksək şəhərsalma standartlarına cavab verən şəhəri bəxş edəcəkdir.
Sumqayıtın yeni inkişaf strategiyası çərçivəsində 2016-cı ildə şəhərin yerli özünüidarəetmə orqanının qarşısında duran vəzifələr və bələdiyyədə yaranmış vəziyyət cari ilin yanvar ayının 22-də Sumqayıtın Tarixi Muzeyində keçirilmiş bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncağında müzakirə edilmişdir. Yığıncaqda hesabatla çıxış etmiş o zaman bələdiyyə sədrinin vəzifəsini icra edən Sultan əsədov toplantıda iştirak etmiş bələdiyyənin məhəllə komitələrinin nümayəndələrinə Sumqayıt Bələdiyyəsində yaranmış böhran vəziyyətlə bağlı təhlili məlumat vermişdir. işgüzar və konstruktiv şəraitdə keçmiş yığıncaqda bələdiyyənin fəaliyyətində mövcud olan nöqsan və çatışmamazlıqlar müzakirə edilmiş, şəhərin ictimai-siyasi və sosial-iqtisadi həyatında Sumqayıtın yerli özünüidarəetmə orqanının rolunun artırılması, bələdiyyə fəaliyyətinin yeni müstəvidə qurulması, Sumqayıtda ötən ilin sentyabr ayından şəhərin inkişafı ilə bağlı həyata keçirilən yeni konsepsiyaya cavab verən layihələrin müəyyən edilməsi və icrasına dair önəmli tövsiyələr verilmişdir.
Cari ilin aprel ayının 21-də Sumqayıt Bələdiyyəsinin üzvləri həmin tarixədək bələdiyyə sədrinin müavini vəzifəsində çalışan Sultan əsədovu bələdiyyə sədri vəzifəsinə seçmişlər.
***
Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 11 iclasında 395 məsələ müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Bələdiyyənin və onun komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, yerli büdcənin təsdiqi və icrası, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətinə, onların hesabat - seçki kampaniyasına metodiki yardımın və dəstəyin göstərilməsi, şəhərin ictimai və qeyri - hökumət təşkilatları, bələdiyyə məhəllə komitələrinin üzvləri və sakinlərinin sosial müdafiəsi, dövlət bayramları və tədbirləri, şəhərin sosial sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, bağlar zonasında yolların təmiri, bayram, təhsil, səhiyyə, idman tədbirlərin təşkili, ekologiya sahəsində layihələrin icrası, qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən layihələrin durumu kimi məsələləri əhatə etmişlər. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin yanında keçirilmiş həftəlik 25 müşavirədə daim təhlil edilmiş, nəzarətdə saxlanılmışdır.
Cari ilin birinci yarısında Sumqayıt Bələdiyyəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin 2016-cı ildə maarifləndirmə sahəsində əməkdaşlığına dair tədbirlər planı əsasında bələdiyyənin məhəllə komitələri və yerli əhali ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda 3 görüş keçirilib. Tədbirlərdə 34 məhəllə komitəsinin üzvləri və nümayəndələri iştirak etmişdir.
2016-cı ilin aprel ayının 16-da Abşeron rayonunun Xırdalan şəhərində keçirilmiş Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının illik yığıncağında bələdiyyənin rəhbərliyi, üzvləri və icra aparatının əməkdaşları iştirak etmişlər.
Hesabat dövrünün iyun ayının 10-da Sumqayıtın Tarixi Muzeyində “Gənclərin vətənpərvər, bilikli və milli ənənələr ruhunda tərbiyəsində Ağsaqqallar şurasının və bələdiyyənin məhəllə komitələri ilə əlaqəli fəaliyyəti” mövzusunda Sumqayıt Bələdiyyəsinin dəstəyi əsasında tədbir keçirilmişdir.
***
Hesabat dövründə Sumqayıt Bələdiyyəsinə 613 xidməti məktub və 1071 ərizə daxil olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 104 məktub və 323 ərizə çox deməkdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 1087 nəfər vətəndaş olmuşdur. 2015-ci ilin birinci yarısına nisbətən qəbula gəlmiş vətəndaşların sayı 18 nəfər çox olmuşdur. Sumqayıt Bələdiyyəsinə daxil olmuş ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilmişdir.
***
2016-cı ilin birinci yarısında məhkəmə orqanlarında hüquqi və fiziki şəxslərin ərizələrinin baxılması sahəsində bələdiyyənin əməkdaşları 99 mülki və inzibati iş üzrə 299 məhkəmə iclasında iştirak etmişlər. Hesabat dövrü ərzində bələdiyyə tərəfindən torpaq sahələri üzərində hüquqlara xitam verilməsi, zəbt olunmuş torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə məhkəmələrdə 6 iddia və qarşılıqlı iddia tələbləri irəli sürülmüş, onlardan 3-ü təmin edilmiş, digərləri isə baxılmaqdadır.
***
2016-cı ilin birinci yarısında yerli büdcənin gəlirləri 927.850 manat, o cümlədən 270.000 manat dotasiya və 88.350 manat fiziki şəxslərdən maliyyə yardımı təşkil etmiş, proqnoz tapşırığı 96.7 faiz səviyyəsində icra olunmuşdur. Qeyd etmək lazımdır ki, cari ilin birinci yarısında bələdiyyə büdcəsinə daxil olan vəsaitin miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə çox olmuşdur. Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 272377 manat və ya 29.35 faiz, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 172.891 manat və ya 18.6 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər 40833 manat və ya 4.4 faiz olmuşlar. Hesabat dövründə yerli büdcənin xərcləri 879.930 manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 94.8 faizi deməkdir. Yerli büdcənin vəsaiti əsasən bələdiyyə mülkiyyəti, mənzil-kommunal təsərrüfatı, sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilmiş layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Belə ki, cari ilin birinci yarısında “Mənzil-kommunal təsərrüfatı xərcləri” xərc maddəsi üzrə yerli büdcədən 65.620 manat məbləğində, “Nəqliyyat və rabitə xərcləri” xərc maddəsi üzrə isə 410.951 manat miqdarında vəsait ayrılmışdır. Hesabat dövründə yerli özünüidarəetmə orqanının saxlanılması xərcləri 219.415 manat təşkill etmişdir ki, bu da proqnoz tapşırığın 94.0 faizi deməkdir.
Sumqayıt Bələdiyyəsinin 2016-cı ilin birinci yarısında yerli sosial müdafiə proqramı əsasında hesabat dövründə bir sıra tədbirlər həyata keçirilmişdir.
***
Yanvar ayının 1-4-ü Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Qarabağ Müharibəsi əlilləri, Veteranları və şəhid Ailələri ictimai Birliyi, Azərbaycan Çernobıl əlilləri ittifaqı ictimai Birliyinin Sumqayıt şəhər filialı, Azərbaycan Gözdən əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Azərbaycan əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Ana Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər şöbələri üzvlərinin, bir sıra aztəminatlı ailələrinin, və bələdiyyə icra aparatının əməkdaşlarının uşaqları üçün bayram şənliyi təşkil edilmişdir. Tədbirlərin təşkili üçün yerli büdcədən 300 (üç yüz) manat vəsait ayrılmışdır.
Hesabat dövründə 53 şəhər sakininə müxtəlif məbləğdə ümumi dəyəri 26.900 manat təşkil edən maddi yardım göstərilmişdir.
Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 2016-cı ilə yerli sosial inkişaf proqramına müvafiq olaraq bələdiyyənin sifarişləri əsasında bələdiyyə ərazisində dəyəri 443978 manat məbləğində olan 9 iri həcimli layihə həyata keçirilmişdir.
Belə ki, bələdiyyə tərəfindən icarəyə götürülmüş ofisin otaqlarının təmirinə yerli büdcədən 17022 manat məbləğində vəsait ayrılmışdır. Bununla yanaşı şəhərin 5-ci məhəlləsində yerləşən və bələdiyyə tərəfindən icarəyə götürülmüş binanın təmirinə yerli büdcədən 9466 manat məbləğində vəsait yönəldilmişdir.
2016-cı ilin birinci yarısında yerli əhəmiyyətli yolların saxlanılması sahəsində 3 layihə həyata keçirilmişdir. Belə ki, bağlar zonasında 17 və 33 saylı avtobus marşrutları üzrə müvafiq olaraq 2500 kv.m və 8475 kv.m yol təmir edilmiş, layihələrin icrası məqsədi ilə yerli büdcədən 29500 və 80004 manat məbləğində vəsait ayrılmışdır. Yeni yaşayış massivində Çardaxlı tam orta məktəbinə gedən yolun 3200 kv.metr ölçüdə olan sahəyə çınqıl yayılmışdır. işlərin dəyəri 12803 manat təşkil etmişdir.
şəhər ərazisinin abadlaşdırılması sahəsində Sumqayıt Bələdiyyəsinin sifarişləri əsasında 3 layihə həyata keçirilmişdir. Belə ki, şəhərin 6-cı mikroraryonu ərazisində mikrorayondaxili həyətlərin və yolların ölçüsü 5520 kv.metr təşkil edən sahədə asfaltlaşdırma işləri görülmüşdür. Bu layihənin maliyyələşdirilməsi üçün bələdiyyə büdcəsindən 85000 manat məbləğində vəsait ödənilmişdir. Buna bənzər işlərin həcmi şəhərin 9-cu mikrorayonu ərazisində 4846 kv.metr təşkil etmişdir. Bu işlərin dəyəri 75000 manat məbləğində olmuşdur. şəhərin 13-cü mikrorayonunun ərazisində də həyətlər və yollarda sahəsi 7200 kv.metr təşkil edən ərazidə asfalt qolyulmuş, layihənin dəyəri 110000 manat təşkil etmişdir.
Sumqayıt Bələdiyyəsinin 2016-cı ilə yerli ekoloji proqramının tədbirlərinə əsasən Sumqayıt Bələdiyyəsinin qərarlarına müvafiq olaraq hesabat ilində bir neçə layihələr həyata keçirilmişdir. il ərzində “Bələdiyyə parkı”nda 19 min kv.metr qazona daimi xidmət göstərilmiş, bələdiyyə üzvləri və əməkdaşlarının iştirakı ilə iməciliklər təşkil edilmişdir. Bununla yanaşı parkın ərazisində 50 ədəd palma ağacı əkilmişdir.
Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 2016-cı ilə xarici əlaqələr proqramına müvafiq olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, cari ilin aprel ayının 18-də Sumqayıt şəhərində səfərdə olmuş Türkiyə Respublikasının Qaziantep şəhər şahinbəy Bələdiyyəsinin sədri Mehmet Təhməzoğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən qəbul olunmuşdur. Bununla yanaşı qonaqlar Sumqayıt Bələdiyyəsinin rəhbəri Sultan əsədovla 2 bələdiyyə arası qardaşlaşmış əlaqələrin qurulmasına dair danışıqlar aparmışlar.
Sumqayıt Bələdiyyəsinin Türkiyyə Respublikasının Ankara şəhərinindən olan Keçiörən qardaşlaşmış Bələdiyyə rəhbərliyinin dəvəti əsasında şəhərin yerli özünüidarəetmə orqanının sədri Sultan əsədovun rəhbərliyi altında 6 nəfərdən ibarət nümayəndə heyəti cari ilin iyun ayının 16 – 18-i Ankara şəhərində təşkil edilmiş “Beynəlxalq Ramazan festivalı”nda iştirak etmişlər. Festivalın proqramı çərçivəsində iyun ayının 17-də təşkil edilmiş “Azərbaycan gecəsi”ndə sumqayıtlı musiqiçilər festival iştirakçılarının qarşısında yadda qalan konsert proqramı ilə çıxış etmişlər.
***
2016-cı ilin birinci yarısında Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 5,67 hektar torpaq sahəsi istifadə olunmuşdur. Torpaq sahələrinin 2,0 hektarı sahibkarlıq fəliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmişdir. Torpaq sahələrinin digər hissəsi 3,67 hektar fərdi yaşayış evlərin tikintisi və bağ sahəsi kimi fiziki şəxslərin mülkiyyətinə verilmişdir.
Sumqayıt Bələdiyyəsi yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi sahəsində ötən ildə bir sıra vacib layihələr həyata keçirilmişdir. Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin təşkilatçılığı əsasında “Mənzil fondunun idarə edilməsi” layihəsinin 2-ci mərhələsi çərçivəsində Mənzil fondunun idarə edilməsi ilə bağlı Bakı şəhərinin Biznes Mərkəzində cari ilin aprel ayının 28-də təşkil edilmiş növbəti seminarın işində iştirak etmişdir.
2016-cı ilin aprel ayının 20-də Azərbaycan Respublikası ədlıyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində subvensiya layihələrinin hazırlanmasına həsr edilmiş seminarda bələdiyyənin yerli büdcə məsələləri daimi komissiyasının sədri Akif Kərimov və icra aparatının baş müasibi Səyyaf Cabbarov iştirak etmişlər.
2016-cı ilin birinci yarısında Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrində hesabat-seçki kampaniyası baş tutmuşdur. Bələdiyyənin 134 məhəllə komitəsində hesabat-seçki iclası, 7-də isə seçki iclası keçirilmişdir. Bütövlükdə 141 iclasda 11422 nəfər şəhər sakini iştirak etmişdir. 7 məhəllə komitəsi yeni yaranmışdır. Sumqayıt Bələdiyyəsi ərazisində keçirilən iclasların təqdim olunmuş protokollarına əsasən məhəllə komitlərinin tərkibinə 1287 nəfər seçilmişdir. Seçilmiş 141 məhəllə komitələrinin sədrlərindən 29-u qadındır. Məhəllə komitələrinin tərkibinə seçilmiş insanların əksəriyyəti öz ərazilərində tanınmış, böyük nüfuza malik, ictimai işlər görməyə həvəsi olan insanlardan ibarətdir. Hesabat-seçki kampaniyası zamanı əhaliyə Sumqayıt Bələdiyyəsinin fəaliyyəti haqqında geniş məlumat verilmişdir.
Bələdiyyənin məhəllə komitələrinin sədrlərinin bir hissəsi hələ də öz səlahiyyətləri və vəzifələri çərçivəsində fəaliyyət göstərmir, müvafiq ərazilərin problemləri ilə ciddi məşğul olmur, problemlərin həlli üçün daxili imkanlardan istifadə etmirlər və lazımı təşəbbüskarlıq göstərmirlər. Bir sıra məhəllə komitələri vaxtında iclasları keçirmir, vətəndaşlar qarşısında hesabatlar vermir, vətəndaşları yerli əhəmiyyətli məsələlərin həllinə cəlb etmirlər. Məhz buna görə də məhəllə komitələrinin sədrlərindən 16 nəfəri yerli sakinlər tərəfindən dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur. Belə ki, 2-ci məhəllə üzrə 1 saylı, 14-cü məhəllə üzrə 1 saylı, 26-cı məhəllə üzrə 1 saylı, 42-ci məhəllə üzrə 1 saylı, 49-cu məhəllə üzrə 1 saylı, 50-53-cü məhəllələr üzrə 1 saylı, 76-cı məhəllə üzrə 1 saylı, 76-cı məhəllə üzrə 4 saylı, 4-cü mikrorayon üzrə 4 saylı, 6-cı mikrorayon üzrə 3 saylı, 6-cı mikrorayon üzrə 4 saylı, 9-cu mikrorayon üzrə 5 saylı, 11-ci mikrorayon üzrə 1 saylı, 11-cı mikrorayon üzrə 3 saylı, 17-ci mikrorayon üzrə 2 saylı, YYM-nin 9-cu məhəllə üzrə 1 saylı məhəllə komitəsinin sədrləri dəyişdirilmişdir. Hesabat-seçki kampaniyası zamanı Sumqayıt Bələdiyyəsinə daxil olmuş protokollar əsasında irəli sürülən təkliflər ümumləşdirilərək ərazilər üzrə 233 bənddən ibarət olan ümumi təkliflər paketi və onların icrası üçün tədbirlər planı hazırlanmışdır.
Hesabat dövründə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılmışdır. Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirtdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmiş, müxtəlif telekanalların vasitəsi ilə yayımlanmışdır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılması məqsədi ilə bələdiyyə rəhbərliyinin əhali ilə görüşləri, bələdiyyə məhəllə komitələrinin, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabatları, bələdiyyənin məhəllə komitələrində baş tutmuş hesabat-seçki kampaniyasından, həyata keçirdikləri layihələri barədə məlumatların işıqlandırılmasında bələdiyyənin elektron səhifəsinin, bələdiyyənin quraşdırdığı məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir.
P.S.Material Sumqayıt bələdiyyəsinin təqdim etdiyi material əsasında hazırlanıb.
Belediyye.info