"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt bələdiyyəsi daha bir yolu asfaltlaşdırıb

--2019-07-24 / 04:38

Sumqayıt Bələdiyyəsi daha bir yolda asfaltlanma işi aparıb. Çerkassı küçəsi boyunca aparılan asfaltlanma işi 39 saylı marşrutun sonuncu dayanacağına qədər aparılıb. Eyni zamanda yolun Yeni Yaşayış massivindən ("Yaşıl dərə" ərazisi) Sumqayıt Dəmiryolu Vağzalı istiqamətində uzanan 300 metr hissəsində də 6 metr enində, 5 sm qalınlığında asfalt örtüyü qurulub.

http://www.sumqayit-bl.gov.az/index.php?id=563

ŞƏRHLƏR