Bu gün Sumqayıt Bələdiyyəsinin hesabat yığıncağı keçirilib. Tədbirdə Bələdiyyə üzvləri, Bələdiyyənin məhəllə komitələrinin üzvləri, ictimaiyyət və KiV nümayəndələri iştirak ediblər. Bu barədə məlumatı Sumqayıt Bələdiyyəsi yayıb.
Tədbirdə çıxış edən Bələdiyyə sədri Sultan əsədov qurumun 2017-ci ilə aid hesabatını diqqətə çatdırıb.
S.əsədov Sumqayıtda həyata keçirilmiş irimiqyaslı layihələr, görülən abadlıq-quruculuq işləri barədə danışıb. Sədr qeyd edib ki, hesabat ili Sumqayıt şəhərinin tarixində böyük uğurlarla yadda qalan illərdən biri olacaq: “Sumqayıtın həm sosial, həm də iqtisadiyyat sahələrində yeni zirvələr fəth edilmiş, şəhərin sənaye potensialı müasir müəssisələrlə zənginləşdirilmişdir. Sumqayıt şəhərinin ildən – ilə inkişaf edən sosial infrastrukturu insanların yaşayış səviyyəsini yüksək standartlara çatdırmışdır”.
Qeyd edilib ki, Sumqayıta daim böyük diqqət və qayğı ilə yanaşan Prezident ilham əliyev şəhərə 2017-ci ildə etdiyi hər iki səfərində görülmüş işləri yüksək qiymətləndirib.
Sədr Sumqayıt Bələdiyyəsinin ötən il ərzində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib, Bələdiyyənin öz işini şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhərin abadlıq və yenidənqurma istiqamətində müəyyən etdiyi strateji inkişaf planına uyğun qurmağa çalışdığını bildirib.
Yığıncaqda bələdiyyə tərəfindən həyata keçirilən sosial tədbirlər, aparılmış abadlıq işləri, xarici ölkə şəhərlərinin bələdiyyələri ilə əməkdaşlıq və digər istiqamətlər barədə məlumatlar verilib.
Daha sonra bir neçə məhəllə komitəsinin hesabatı və təklifləri dinlənilib.
Tədbirdə iştirak edən Sumqayıt şəhər icra Hakimiyyətinin başçısının müavini Sahib Quliyev 2017-ci ildə şəhərdə həyata keçirilmiş işlər və qarşıda duran problemlər barədə danışıb, yenidənqurma işlərinin davam edəcəyini qeyd edib. S.Quliyev Bələdiyyəyə cari ildəki işlərində uğurlar arzulayıb və bir sıra təkliflərini diqqətə çatdırıb.
Belediyye.info
|
|
|
|
|
|
|