"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt bələdiyyəsi hesabat verib

--2017-01-25 / 15:18

Bu gün Sumqayıt Bələdiyyəsinin hesabat yığıncağı keçirilib. Tədbirdə çıxış edən bələdiyyə sədri Sultan əsədov qurumun hesabatını diqqətə çatdırıb.

Belediyye.infoya daxl olan məlumata görə, S.əsədov son bir il ərzində Sumqayıtda həyata keçirilmiş irimiqyaslı layihələr, görülən abadlıq-quruculuq işləri barədə danışıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti ilham əliyev Sumqayıta səfəri zamanı burada görülmüş işəri olduqca yüksək qiymətləndirib.

S.əsədov 2016-cı ildə Sumqayıt bələdiyyəsinin fəaliyyətində dönüş yarandığını deyib, bələdiyyənin öz işini şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhərin abadlıq və yenidənqurma istiqamətində müəyyən etdiyi strateji inkişaf planına uyğun qurmağa çalışdığını bildirib.

Yığıncaqda bələdiyyə tərəfindən həyata keçirilən sosial layihələr, aparılmış abadlıq işləri, xarici ölkə şəhərlərinin bələdiyyələri ilə əməkdaşlıq və digər istiqamətlər barədə məlumatlar verilib.

Daha sonra bir neçə məhəllə komitəsinin hesabatı və təklifləri dinlənilib.

Sumqayıt şəhər icra Hakimiyyətinin başçısının birinci müavini Faiq Kərimov icra başçısı Zakir Fərəcovun rəhbərliyi altında qısa zamanda həyata keçirilmiş layihələr barədə danışıb, yenidənqurma işlərinin davam edəcəyini qeyd edib.

F.Kərimov Bələdiyyənin gələcək fəaliyyəti ilə bağlı tövsiyə və təkliflərini diqqətə çatdırıb.

Belediyye.info

ŞƏRHLƏR