"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt bələdiyyəsi yeni inzibati binaya köçür

--2018-03-30 / 11:58

Sumqayıt bələdiyəsinin 5-ci məhəllə, Nizami küçəsində yerləşən binasında təmir işləri davam edir. 

Bu barədə məlumatı Sumqayıt bələdiyyəsi yayıb.

Hazırda bina əsaslı şəkildə yenidən qurulur, istilik, işıq, su xətləri yenilənir, bünövrəsində bərkitmə işləri aparılır. Daha öncə qəzalı vəziyyətdə olan binada mütəxəssislərin iştirakı ilə baxış və təhlil aparıldıqdan sonra bərkitmə və əsaslı yenidənqurma işlərinə başlanılıb.

Cari ilin may ayınadək təmir işlərinin yekunlaşması nəzərdə tutulur.

Bu günlərdə bələdiyyə sədri Sultan əsədov bələdiyyə üzvlərinin iştirakıyla inzibati binada aparılan inşaat işləriylə tanış olublar.

Xatırladaq ki, 2000-ci ilin yanvar ayına qədər Sumqayıt Bələdiyyəsi bu binada yerləşib. Daha sonra isə bina Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının inzibati binası olub. Ötən il Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi ilə Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatı üçün ən müasir standartlara cavab verən yeni inzibati bina tikilərək istifadəyə verilib,

Bələdiyyənin isə Zakir Fərəcovun təşəbbüsü ilə şəhərin mərkəzində yerləşən əvvəlki binasına köçürülməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, bu vaxta qədər Sumqayıt bələdiyyəsi 18-ci məhəllədə icarə binada yerləşirdi.

Belediyye.info

ŞƏRHLƏR