"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt bələdiyyəsi yeni inzibati binaya nə vaxt köçəcək?

--2018-02-05 / 16:56

Sumqayıt bələdiyyəsi yeni inzibati binaya köçməyi planlaşdırır. Bu barədə məlumat Sumqayıt bələdiyyəsindən daxil olub.

Məlumatda bildirilir ki, hazırda bələdiyyənin balansına verilən inzibati binada əsaslı təmirə start verilib.

Müvafiq qurumlardan alınan razılıq əsasında binada ilk əvvəl bərkitmə işləri aparılacaq, əlavə otaqların inşa edilməsi  nəzərdə tutulub. Vergi xidmət orqanı üçün ayrıca mərtəbənin ayrılması planlaşdırılıb.

inzibati binanın  cari ilin aprelində istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, bələdiyyənin balansına verilən inzibati bina keçmiş sovet dönəmində Sumqayt şəhər Xalq Deputatları Sovetinin icraiyyə Komitəsi yerləşirdi.

Sonradan bu binada  bələdiyyə və YAP-ın Sumqayıt təşkilatı fəaliyyət göstərib.  Ötən il YAP-ın rayon təşkilatı yeni mənzil-qərargaha köçdüyündən bina boşaldılmışdı.

Bələdiyyədən o da deyilib, inzibati bina təmir edildikdən sonra  burada bələdiyyə qulluqçularının fəaliyyəti üçün bütün şərait yaradılcaqdır.

Belediyye.info

ŞƏRHLƏR