Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin təşəbbüsü ilə Azərbaycan Respublikasında 2007-ci ildən keçirilən “Yerli Demokratiya Həftəsi” Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının tövsiyələri əsasında cari ilin oktyabr ayının 15-dən etibarən yenidən start götürüb.
Bu həftə ərzində Sumqayıt Bələdiyyəsinin icra aparatının Məhəllə Komitələri ilə görüşləri keçirilib. Görüşlərdə sakinləri narahat edən məsələlər nəzərdən keçirilib, müraciətlər qeydə alınıb. Eyni zamanda 2017-ci il və cari ildə görülmüş işlər, o cümlədən 2019-cu ilə bələdiyyə büdcəsinin layihəsinin və görüləcək işlərin, həyata keçiriləcək layihələrin müzakirəsi aparılıb.
Bu cür görüşlər Bələdiyyənin inzibati binasında bir qrup sakinlə, YYM-i 8 ci məhəllə üzrə 1saylı məhəllə komitəsinin üzvləri ilə, Kompressor zavodu ətrafı Xələc tam orta məktəbində yerli sakinlərlə keçirilib.