"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt Bələdiyyəsində media nümayəndələriylə görüş keçirilib

--2018-07-20 / 14:14

Sumqayıt Bələdiyyəsində mətbuat günü münasibəti ilə jurnalistlərlə görüş keçirilib. Bu barədə məlumatı Sumqayıt bələdiyyəsi yayıb.

Bələdiyyə sədri Sultan əsədov ölkəmizdə media nümayəndələrinə göstərilən diqqət və qayğıdan danışıb, ölkəmizdə demokratik dəyərlərin möhkəmlənməsi, söz və mətbuat azadlığının təmin olunması istiqamətində prezident ilham əliyevin rəhbərliyi altında mühüm işlər görüldüyünü, ardıcıl islahatların aparıldığını diqqətə çatdırıb.

S.əsədov Sumqayıtda aparılan quruculuq işləri barədə danışıb, şəhərimizin son illərdə öz simasının tamamilə dəyişdiyini xatırladıb, həyata keçirilmiş layihələr barədə məlumat verib. Mətbuat işçilərinin aparılan işlərə dəstək verdiyini qeyd edən S.əsədov Sumqayıt barədə məlumatların nəinki ölkə ictimaiyyətinə, dünyaya çatdırılmasında KiV-in əhəmiyyətli rolunu qeyd edib.

Daha sonra jurnalistlər çıxış edərək göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Belediyye.info

ŞƏRHLƏR