sorğu
Sumqayıt Bələdiyyəsində referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə əlaqədar yığıncaq keçirilib.
Bələdiyyədən bildirilib ki, çıxışlarda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı məlumat verilib.
Sonra səsvermə yolu ilə 58 nəfərlik referendum üzrə təşəbbüs qrupu yaradılıb. Həmçinin “Bələdiyyə” təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfərdən ibarət nümayəndə müəyyənləşdirilib.