Sumqayıt bələdiyyəsində bu günlərdə yeni sədr seçkisinin keçiriləcəyi gözlənilir. Bu barədə bələdiyyədən verilən məlumatda bildirilir ki, bələdiyyədə bir neçə namizədin olduğu söylənilsə də, üstünlüyün hazırda sədr səlahiyyətlətini icra edən Sultan əsədova veriləcəyi deyilir.
Qeyd edək ki, ötən ilin 15 dekabrında 19 bələdiyyə üzvündən 17 nəfərinin iştirak etdiyi iclasda sədrin səlahiyyətlərinin müvəqqəti olaraq sədr müavini Sultan əsədova tapşırılıb.
Xatırladaq ki, Sultan əsədov Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009 və 2014-cü illərdə Sumqayıt bələdiyyəsinə üzv, Sumqayıt bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə yenidən Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilib.
Bu vəzifəyədək isə 1989-1993-cü illərdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı istehsalat-istismar birliyinin Vətəndaşlara Xidmət idarəsində sex rəisi, mühəndis və 1993-cü ilin fevral ayından idarə rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, dekabrın 11-də bələdiyyənin növbədənkənar iclasında sədr əbülfəz Babayevin istefa ərizəsi müzakirə edilərək və səs çoxluğu iləistefası qəbul edilib.
Belediyye.info