"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt bələdiyyəsinə yeni sədr əvəzi seçildi

--2015-12-15 / 16:40

Sumqayıt bələdiyyəsinin bu gün keçirilən iclasında sədr  səlahiyyətlətinin həvalə edilməsi məsələsi müzakirəyə çıxarılıb.

19 bələdiyyə üzvündən 17 nəfərin iştirak etdiyi iclasda sədrin səlahiyyətlərinin müvəqqəti olaraq sədr müavini  Sultan əsədova  tapşırılıb. 

Sumqayıt Bələdiyyəsindən bu faktı təsdiq edərək bildiriblər ki, yaxın günlərdə sədr seçkisinin keçirilməsi planlaşdırılır.

Bundan əlavə olaraq iclasda bələdiyyə vəsatinin xərclənmasində şəffaflığın təmin edilməsi  məqsədiylə informasiya açıqlığının təmin edilməsi  nəzərdə tutulub.

Xatırladaq ki, Sultan əsədov  Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009 və 2014-cü illərdə Sumqayıt bələdiyyəsinə üzv, Sumqayıt  bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə yenidən Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilib. Bu vəzifəyədək isə 1989-1993-cü illərdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı istehsalat-istismar birliyinin Vətəndaşlara Xidmət idarəsində sex rəisi, mühəndis və 1993-cü ilin fevral ayından idarə rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki,  dekabrın 11–də bələdiyyənin növbədənkənar iclasında sədr əbülfəz Babayevin  istefa ərizəsi müzakirə edilərək  və səs çoxluğu ilə istefası qəbul edilib.

Belediyye.info

ŞƏRHLƏR