"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt bələdiyyəsinin sədri vəzifəsini tərk edib

--2015-12-14 / 19:03

Bu barədə məlumatı Belediyye.info saytına Sumqayıt bələdiyyəsindən veriblər. Məlumatda deyilir ki, dekabrın 11–də bələdiyyənin növbədənkənar iclasında sədrin  istefa ərizəsi müzakirə edilib  və səs çoxluğu ilə istefa qəbul edilib.

Hələlik sədr vəzifəsinin kimin tərəfindən icrası sual altındadır.

Sədr müavini  Sultan əsədovun Belediyye.infoya açıqlamasında faktı təsdiq edərək bildirdi ki, yaxın bir həftə ərzində bələdiyyənin iclasında yeni sədrin adı məlum olacaqdır.  

Sədr dəyişikliyinin hansı səbəbdən baş verməsinə aydınlıq gətirən sədr müavini bunu ə.Babayevin səhhətiylə bağlı olduğunu qeyd etdi.

Bələdiyyə iclasında sədrin istefasınına anlaşıqla qarşılandığını qeyd edən bələdiyyə rəsmisi Sumaqyıt bələdiyyəsinin 2000-ci ildən  respublikada işləyən və daim fərqlənən bələdiyyə olduğunu bildirdi.

Xatırladaq ki, bələdiyyənin ilk sədri Zakir Fərəcov  prezident sərəncamıyla əvvəl Abşeron rayonuna, cari ilin oktyabrından isə Sumqayıt şəhər  icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Zakir Fərəcovdan sonra  əbülfəz Babayev on il müddətinə Sumqayıt bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Belediyye.info

ŞƏRHLƏR