"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt Bələdiyyəsinin sədrini tanıyaq

--2016-09-01 / 22:29

əsədov Sultan Misir oğlu 1957-ci ilin oktyabr ayının 9-da Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olub.

1972-1974-cü illərdə Bakı şəhəri kimya-biologiya  təmayüllü orta məktəbi bitirib.

1974-cü ildə Kimya Sənaye istehsalat birliyində torrnaçı işinə qəbul olunub.

1979-cu ildə Azərbaycan Neft-kimya inistitutunun Sumqayıt filialının mexanıka fakultəsinin axşam şöbəsinə qəbul olub.

1987-1989-cu illərdə Sumqayıt şəhər Dövlət Xlor Layihə Elmi Tədqiqat institutunda şöbə  müdiri işləyib.

1989-1993-cü illərdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı istehsalat-istismar birliyinin Vətəndaşlara Xidmət idarəsində sex rəisi, mühəndis və 1993-cü ilin fevral ayından idarə rəisi vəzifəsində çalışıb.          

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2009 və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv və sədr müavini seçilib.

Sumqayıt  Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə yenidən Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilib.

21 aprel  2016-ci il tarixində keçirilən iclasda qurumun sədri məsələsi səsverməyə çıxarılıb və Sultan əsədov Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

ŞƏRHLƏR