"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt regional ədliyyə idarəsi seminar keçirib

--2017-04-29 / 18:41

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin  və Sumqayıt regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində  bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilib.

Seminar iştirakçıları öncə Sumaqyıt şəhərində Ulu öndər Heydər əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoymuşlar.

Sumqayıt  Dövlət Dram Teatrında baş tutan seminarı  Sumqayıt regional ədliyyə idarəsinin  rəisi  Sahib Bayramov açaraq  ədliyyə Nazilriyi tərəfindən bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsiylə bağlı atılan addımlardan, bələdiyyələrə göstərilən metodik tövsiyyələrdən və bələdiyyə   üzvlərinin maarifləndirilməsindən danışıb.

Sumqayıt regional ədliyyə idarəsindən daxil olan  məlumatda bildirilir ki, Xızı, Abşeron, Qobustan və Sumqayıt bələdiyyələrindən olan   üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə  ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin  əməkdaşı Səfa Cəfərov  Mərkəz tərəfindən  bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Maliyyə məsələləri üzrə ekspert  Zöhrab Fərəcov   bələdiyələrdə  şəffaflığın artırılması  mövzusunda  məruzə ilə çıxış edib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

P.S. Video 

https://www.youtube.com/watch?v=DJ8-iRRjEsg

Belediyye. info

 

ŞƏRHLƏR