Belediyye.infoya daxil olan məlumata görə, Sumqayıt şəhərinin ərazisinin genişləndirilməsiylə bağlı müvafiq orqanlar tərəfindən müraciətlər edilib. əhali artımı, sənaye parklarının salınması və şəhərdə son illər aparılan quruculuq işləri ölkə sakinlərinin Sumqayıta marağını artırıb. Nəticədə şəhərin inzibati ərazisinə əlavə torpaq fondunun verilməsinə ehtityac yaranıb.
Verilən məlumata görə, ümumilikdə 7.200 ha yaxın ərazinin şəhərin inzibati ərazisinə qatılacağı gözlənilir. Bu sıraya Xızı, Abşeron və Binəqədi rayonlarındakı əsasən şəhərə bitişik bağ massivləri aid ediləcəyi gözlənilir.
Geniş açıqlama verilməsə də Sumqayıt bələdiyyəsində məsələdən xəbərdar olduqlarını bildiriblər.
Qeyd edək ki, Sumqayıt şəhərinin ərazisi 94,7 kvadrat kilometr , əhalisi isə rəsmi məluamta görə 337.2 min nəfərdir.
Belediyye.info