"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıtda ictimai dinləmələr keçirilib

--2015-12-04 / 22:26

Sumqayıt Bələdiyyəsinin gələn il üçün büdcə layihəsinin məhəllə komitələri və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilərək bir aya qədər davam edən ictimai dinləmələri dekabrın 4-də başa çatıb.

Bütün dinləmələr zamanı ilkin olaraq 2015-ci ilin ötən aylarında yerli büdcənin xərcləri  barədə məlumat verilərək bildirilib ki, yerli büdcəyə daxil olan bütün vəsait bələdiyyə iclaslarının qərarlarına müvafiq olaraq əsas etibarilə yerli əhəmiyyətli sosial məsələlərin həllinə yönəldilib.

Bələdiyyə sədri ə. Babayev məhəllə komitələri öz ərazilərində əvvəlki illərdən fərqli olaraq daha çox abadlaşdırma və yaşıllaşdırma işləri apardığını, məhəllə sakinlərinin təklif və arzularını nəzərə alaraq, bir çox layihələrin reallaşmasına nail olduğunu dilə gətirib.

Bələdiyyə sədri qarşıdan gələn 2016-cı ildə həyata keçiriləcək tədbirlər və büdcə layihəsi barədə söhbət açaraq, Bələdiyyə büdcəsinin formalaşmasında vergilərin və digər daxilolmaların mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Bələdiyyənin büdcə komissiyasının sədri A.Kərimov yerli büdcənin layihəsinin xərc hissəsinin əsas istiqamətləri barədə məlumat verib.

Müzakirələrdə iştirak edənlər - Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə 1 saylı məhəllə komitəsinin sədri Solmaz Zeynəddinova, Yeni yaşayış massivi üzrə 2 saylı məhəllə komitəsinin sədri Yaşar əsgərov, 11-ci mikrorayon üzrə 4 salı məhəllə komitəsinin sədri Nizami Abbasov və digərləri Bələdiyyənin fəaliyyətinin məhəllə və mikrorayonlarda gücləndirilməsi, büdcə və vergilərin toplanması ilə bağlı fikir  və təkliflərini bildiriblər.

Belediyye.info

 

 

 

ŞƏRHLƏR