"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıtda payız-yaz mövsümündə 75 min ağac tingi əkilib

--2017-04-08 / 20:44

Sumqayıtda ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü tədbirlər geniş vüsət alıb. Yaz fəsli ilə əlaqədar həftəsonu növbəti ağacəkmə aksiyası keçirilib.

şəhər icra hakimiyyətinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyinin əməkdaşlarının, ASAN könüllülərin Sumqayıt üzrə nümayəndələrinin də həvəslə qatıldığı növbəti ağacəkmə aksiyası Koroğlu və Çerkassı küçələrində, Corat qəsəbəsində, Bələdiyyə Parkında təşkil olunub. Aksiya zamanı 5 minə yaxın sərv, Xan çinar, zeytun və şam tingləri əkilib.

Gün ərzində şəhərin əksər küçələrində təmizlik işləri də aparılıb.

Ümumilikdə payız–yaz mövsümündə şəhərdə 75 min ağac tingi əkilib.

http://azertag.az/xeber/1049425

ŞƏRHLƏR