"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şuranın yeni tərkibdə ilk iclası keçirilib

--2016-04-22 / 23:52

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının yeni tərkibdə ilk iclası keçirilib. iclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev yenidən növbəti müddətə şuranın sədri seçilib.

Vüsal Quliyev şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçilib.
Azay Quliyev şura üzvləri adından, göstərdiyi yüksək etimada görə cənab prezident ilham əliyevə təşəkkürünü bildirib.
Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamı ilə Vüsal Quliyev, ilqar Məmmədov, Zakir Hacıyev, Sahib Məmmədov, Nərgiz Eyvazova, Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev, şahin ismayılov, Anar Xəlilov və əliməmməd Nuriyev şuraya üzv təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının mətbuat xidməti

ŞƏRHLƏR