"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Suraxanı rayon bələdiyyə sədrləri Qaraçuxur bələdiyyəsinə toplaşdılar

--2017-10-30 / 19:00

Belediyye.infoya daxil olan məlumata görə, Suraxanı rayon bələdiyyələrinin Qaraçuxur bələdiyyəsində növbəti görüşü keçirilib.

Görüşdə Bülbülə bələdiyyəsinə yeni sədr seçilən Natiq  Həsənovda iştirak edib. “Yerli Demokratiya Həftəsi” çərçivəsində  görüləcək işlər müzakirə edilib. Bu barədə məlumatı Suraxanı rayon bələdiyyələrinin əlaqələndirmə şurasının sədri ixtiyar Nəcəfov bildirib.

Bununla yanaşı iclasda əlavə  görüşlərin yeri, qaynar xəttə aid olan telefon nömrələri  və digər layihələr barəsində təkliflər müzakirə edilərək təsdiq edilib.

Görüşdə Yeni Suraxanı, Hövsan, əmircan, Qaraçuxur və Zıg bələdiyyəsinin sədrləri iştirak edib.

Belediyye.info

ŞƏRHLƏR