"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Suraxanı rayon Məşğulluq mərkəzi dəyirmi masa keçirib

--2017-06-02 / 11:37

02 iyun 2017-ci il tarixdə Bakı şəhər Suraxanı rayon  Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən  tədbirlərdə  işəgötürənlərin iştirakı” mövzüsünda dəyirmi masa keçirilib.

Bu barədə Belediyye.infoya məlumat adıçəkilən mərkəzdən daxil olub.

Məşğulluq mərkəzinin inzibati binasında baş tutan tədbirdə  Suraxanı rayon mərkəzin əməkdaşları, Suraxanı rayonunda fəaliyyət göstərən  idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Tədbirdə həmçinin Suraxanı rayon icra Hakimiyyəti Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Altun  Quliyev və Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun baş məsləhətçisi Xətai Mehralıyev iştirak edib.

iclası giriş sözü ilə Suraxanı rayon Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədzadə açaraq tədbir iştiakçılarını salamlayaraq mövzu haqqında ətraflı məlumat verərək vurğulayıb ki, əhalinin məşğulluğunun təmin olunmasında işəgötürənlərin fəaliyyəti çox səmərəli oluğundan bu tədbir növbəti dəfədir ki, Suraxanı rayonunda təşkil olunub.

Mərkəz direktorunun sözlərinə görə, keçirilən dəyirmi masalar işəgötürənlərlə məşğulluq xidməti arasında əlaqələrin daha da yaxşılaşdırılmasına öz təhvəsini verməkdədir. Bu gün işəgötürənlərin məşğulluq mərkəzi ilə daha sıx əlaqə saxlamaları buna əsaslı sübutdur.

S.Məmmədzadə öz çıxışında daha sonra qeyd edib ki, cənab Prezidentin sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü mövcud iqtisadi şəraitdə əhalinin məşğulluq imkanlarının artırılmasında işəgötürənlərin daha fəal iştirakına imkan yaradıb.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına dair konfransda Azərbaycan Prezidenti cənab ilham əliyev “Hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, işçiləri ixtisar etməsələr onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir”- deyə bildirib. Dövlət başçısının bu təşəbbüsü Azərbaycanda sosial məsuliyyət prinsipinin daha geniş dairədə praktik gerçəkliyə çevrilməsinə, əmək və məşğulluq sahəsində mövcud olan sosial tərəfdaşlıq müstəvisində dövlət-işəgötürən münasibətlərini keyfiyyətcə yeni və işgüzar bir mərhələyə çıxmasına yol açıb.

Qısa müddətdə işəgötürənlər tərəfindən əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin  məşğulluq orqanlarına 60 minə yaxın vakansiya təqdim edilib ki, bu da mövcud iqtisadi şəraitdə sərbəstləşmiş işçi qüvvəsinin yenidən məşğulluğuna, ailə gəlirlərini bərpa etmələrinə imkan yaradıb.

Bununla da  həyata keçirilən kompleks təsirli tədbirlər nəticəsində Azərbaycanın əmək bazarında gərginlik, kütləvi işsizlik halı özünü göstərmədi, ailə gəlirlərinin azalmasına imkan verilmədi. Mərkəz direktoru məruzəsində həmçinin Özünüməşğulluq Proqramı haqqında da məlumat verib.

Tədbir  çıxış edən Suraxanı RiH Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri   Altun Quliyev çıxışında Məşğulluq Siyasətinin icra olunması haqında Suraxanı rayon icra Hakimiyyətinin gördüyü işlərdən danışıb.  A.Quliyev öz çıxışında qeyd edib ki, son iki ildə dövlət – qeyri-dövlət müəssisələrində iş yerləri açılmışdır.  Suraxanıda da yüzlərlə belə iş yerləri açılıb. Bu gün işəgötürənlərin və Məşğulluq Mərkəzlərinin üzərinə böyük məsuliyyət düşür. Fərəhli haldır ki, Suraxanı rayon Məşğulluq Mərkəzi Rayon icra Hakimiyyəti ilə sıx əlaqədə işləyir

Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun Baş məsləhətçisi Xətai Mehralıyev tədbir iştirakçılarını Dövlət Məşğulluq Xidmətinin Məşğulluq Siyasətinin yerinə yetirilməsində gördüyü işlərdən danışıb. işəgötürənləri yerli Məşğulluq Mərkəzi ilə mütamadi əlaqə saxlamaqlarını, hesabatları vaxtında verməli olduqlarını bildirib. Həmçinin işəgötürənləri maraqlandıran sualları cavablandırdı.

Suraxanı rayon Mənzil Kommunal Təsərüfatı Birliyin rəisi Mais Məmmədov çıxışında 2017-ci ilin ilk beş ayında Suraxanı MKTB tərəfindən işlə təmin olunan işaxtaran vətəndaşların sayını açıqlaıb. M.Məmmədov  bildirib ki, Suraxanı MKTB vətəndaşları işə götürərkən kvota üzrə işlə təmin olunmaya xüsusi nəzarət edir.

Suraxanı rayon Gənclər və idman idarəsinin rəisi Amil Bağırov çıxış edərək əmək bazarında hazırda işaxtaranların əsas hissəsini gənclər təşkil etdiyini bildirib. Suraxanı Gənclər və idman idarəsi gənclərin yeni peşə və sənətlərə yiyələnməsində təşkil edilən kursların əhəmiyyətindən natiq bildirib ki, rəhbərlik etdiyi idarə əgər müəyyən ixtisaslar üzrə kurslar təşkil edə bilmirsə həmin ixtisaslar üzrə gəncləri Suraxanı rayon Məşğulluq Mərkəzinə yönəldir. Gənclər Mərkəzi ilə Suraxanı rayon Məşğulluq Mərkəzi sıx əməkdaşlıq şəraitində işləyirlər.

Dəyirmi masanın sonunda Suraxanı rayon Məşğulluq Mərkəzinin direktoru S.Məmmədzadə və  digər məruzəçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Belediyye.info

ŞƏRHLƏR