Bu gün ulu öndər Heydər əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu təkmilləşir, formalaşır, Azərbaycanın ictimai-siyası və sosial-iqtisadi həyatında öz mövqeyini durmadan möhkəmləndirir.
Bu il respublikamızda növbəti bələdiyyə seçkiləri keçriləcək ki, bu da 1999-cu ildən bu yana ölkəmizdə reallaşdırılan sayca 5-ci seçkilər olacaq. Azərbaycan bu seçkilərlə demokratik inkişafa doğru daha bir addım atacaq.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Qaraçuxur bələdiyyəsinin 2019-cu ilin doqquz ayı ərzində gördüyü işlərin qısa hesabatını diqqətinizə çatdırıram.
Qaraçuxur bələdiyyəsi Qaraçuxur və Yeni Günəşli yaşayış sahəsini əhatə edir.
2019-cu ilin doqquz ayı ərzində Qaraçuxur Bələdiyyəsinin 14 ümumi iclası keçirilmişdir. iclasların gündəliyinə 49 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.
- Qaraçuxur qəsəbəsi Q.Vəliyev və Neftçiıər küçəsinin kəsişməsində məhəllədaxili yolun asfalt yonqarı tökməklə abadlaşdırılması işləri
- Qaraçuxur qəsəbəsi “şərq” yaşayış sahəsində 2704 avtodəstəyə gedən yol boyu iriqabaritli tullantıların yığışdırılıb təmizlənməsi
- Qaraçuxur qəsəbəsi “Vətən şəhidləri Unudulmur” abidə parkın arxa hissəsində təmizlik abadlıq işləri, iriqabaritli tullantıların yığışdırılıb təmizlənməsi
- Qaraçuxur qəsəbəsi və Yeni Günəşli əazisində lüzumsuz reklam və elanların yığışdırılıb təmizlənməsi
- Qaraçuxur qəsəbəsi şir fiqurunun yanında mərkəzi yol ətrafında divarların suvanması və qapıların rənglənməsi (layihə əsasında)
- Qaraçuxur qəsəbəsi F.Kərimzadə və A.şadlinski küçələrində səki daşlarının düzülməsi
- Qəsəbə ərazisindəki məişət tullantı meydançalarında tutumların təmiri və təkərlərin dəyişdirilməsi
- Yeni Günəşli “Oriqami” uşaq reabilitasiya mərkəzinin qarşısında metal konstruksiyalı asarın uçub dağılmış hissəsinin təmiri və yenilənməsi
- Yeni Günəşli “D” yaşayış sahəsində 2 saylı binanın yan və arxa hissəsində divarın rənglənməsi
- Yeni Günəşli 2 saylı uşaq evinin həyətində təmizlik və abadlıq işlərinin aparılması, yaşıllıqların və ağacların suvarılması üçün su xəttinin çəkilməsi oturacaqların, söhbətgahların və uşaq əyləncə elementlərinin rənglənməsi
- Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində yol kənarında maşın və mexanizmdən (traktor) istifadə etməklə təmizlik və abadlıq işlərinin aparılması
- Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində “Araz” marketin yan hissəsində yeni şam ağacların əkilməsi
- Qaraçuxur qəsəbəsi A.şadlinski və F.Kərimzadə küçəsində yola qum-çınqıl tökməklə abadlıq işlərinin görülməsi.
- Qaraçuxur qəsəbəsi “Qartal” fiqurundan Xalqlar dostluğu istiqamətində piyada səkisinin abadlaşdırılması .
- Qaraçuxur qəsəbəsi “Neftçilər” parkında 300 ədəd dekorativ kolların alınıb basdırılması.
- Qaraçuxur qəsəbəsi “şərq” və “şimal” yaşayış sahələrində 1,2,4,6,11,12,14-cü döngələrdə məişət tullantıları meydançaları ətrafında təmizlik işlərinin aparılması və iri qabaritli tullantıların mütəmadi olaraq yığışdırılıb daşınması.
- 19 mart tarixdə Atəşgah məbədi ətrafında ümumrayon tədbiri olan Novruz tədbirində Novruz atributları ilə qəsəbənin təmsil olunmasının təşkili. əhaliyyə bayram şirniyyatı və çay təklif olunması.
- 20-21 mart tarixlərində Qaraçuxur qəsəbəsi “Vətən şəhidləri Unudulmur” abidə parkında musiqili bayram şənliyinin təşkili və sakinlərə bayram sovqatlarının təklifi.
- Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi 1 ünvanda FHN-nin Suraxanı rayon MM şöbəsindən daxil olmuş müraciət əsasında səsgücləndirici “Siren”in təmir olunması.
- Bakı şəhər iH-dən Suraxanı rayon iH-ə daxil olmuş 7-117/79 saylı 06.03.2019-cu il tarixli məktubda qeyd olunmuş qəsəbə ərazisində yararsız vəziyyətdə olan 18 ünvanda piyada səkilərin təmiri və abadlaşdırılması (F.Kərimzadə küçəsi).
- Qaraçuxur qəsəbəsi N.ismayılov küçəsində məhəllədaxili yolun bir hissəsinin qum-çınqıl tökməklə abadlaşdırılması.
- Qaraçuxur qəsəbəsi “Qartal” fiqurundan F.Kərimzadə küçəsinə qədər mərkəzi yolun sağ tərəfində piyada səkisinin abadlaşdırılması, maneələrin yığışdırılması və yolun işlək vəziyətə gətirilməsi.
- Qaraçuxur qəsəbəsi “şimal y/s 15, 16-cı döngələrdə eləcə də qəsəbə qəbristanlığı ətrafında ərazinin təmizlik işlərinin aparılması, ərazinin tullantılardan təmizlənməsi.
- Qaraçuxur qəsəbəsi “şərq” və “şimal” y/s-də 12 ədəd məişət tullantıları konteynerlərinin təmiri və 20 ədəd konteynerlərin təkərlərinin dəyişdirilməsi.
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi pulsuz ağacəkmə kompaniyasında yaxından iştirak edib qəsəbə ərazisində 1200-ə yaxın ağac və gül kollarının basdırılması.
- Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində bələdiyyənin inzibati binası ətrafında bardür daşların düzülməsi, 400 kv.m asfalt örtüyün çəkilməsi.
- “Neftçilər parkı”nda 130 ədəd həmişəyaşıl ağacların alınaraq əkilməsi.
- Qaraçuxur qəsəbəsi ə.Mehbalıyev və E.Bəkirli küçələrində mərkəzi yol boyu inşaat tullantıların yığışdırılıb təmizlənməsi.
- Qaraçuxur qəsəbəsi ə.Mehbalıyev küçəsində divarların emulsiya ilə rənglənməsi.
- Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində yaşıllıqların və ağacların suvarılması üçün 650 p/m əlavə su xəttinin (á´“ 20 mm) çəkilməsi.
- Qaraçuxur qəsəbəsi “şimal” y/s Beton zavod ətrafında eləcə də Yeni Günəşli “Oriqami” uşaq reabilitasiya mərkəzinin qarşısında iriqabaritli tullantıların yığışdırılıb daşınması.
- Yeni Günəşli “D” y/s-də asfalt abadlıq işlərinin görülməsi.
- Qəsəbə ərazisində mərkəzi yollar ətrafında və parklarda qurumuş otların biçilib yığışdırılması.Yaşıllıqların və ağacların suvarılması (mütəmadi)
- Qaraçuxur qəsəbəsi Y.əliyev küçəsində qum-çınqıl və asfalt yonqarı tökməklə məhəllədaxili yolun abadlaşdırılması.
- Qaraçuxur qəsəbəsi ə.Mehbalıyev 38 ünvanda səkilərin (tamet daşlar döşəməklə) abadlaşdırılması.
- G.Mehmandarov küçəsində təmizlik və abadlıq işlərinin görülməsi.
- Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində məhəllədaxili yolun asfaltlanması.
- Qaraçuxur qəsəbəsi “şəhidlər bulağı” abidə kompleksində hasarın aqlay daşla üzlənməsi.
- Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində yerləşən “Veteranlar Xiyabanı” parkında sınmış tamet daşların yeniləri ilə əvəzlənməsi (cari təmir işləri)
- Qaraçuxur qəsəbəsi “Vətən şəhidləri Unudulmur” abidə parkında uçurulmuş daş hasarın hörülməsi, aqlayla üzlənməsi və dəmir barmaqlıqların qaynaq olunması
- Yeni Günəşli “D” parkında cari təmir işləri – oturacaqların təmiri və rənglənməsi, daş pilləkənlərin sınmış hissələrinin bərpası və təmizlik işlərinin aparılması.
- Qurban bayramı ilə əlaqədar ət kəsimi üçün məntəqənin yaradılması (Sumqayıtdan çadırın gətirilməsi, quraşdırılması sökülərək geri qaytarılması)
- Qaraçuxur qəsəbəsi 2704 qaraj yolu ətrafında 450 kv.m asfalt abadlıq işlərinin görülməsi.
- Qaraçuxur qəsəbəsi ə.Mehbalıyev küçəsində yol kənarı daş hasarların emulsiya ilə rənglənməsi.
- Yeni Günəşli “Q” y/s ev 27 mənzil 11 ünvanda yaşayan vətəndaş Nuriyev Ağacan Ağaqulu oğlunun mənzilində istilik radiatorlarının dəyişdirilməsi.
Qaraçuxur bələdiyyəsi