Suraxanı rayonunun bütün qəsəbələrində ağacəkmə aksiyasının növbəti mərhələsi böyük ruh yüksəkliyi ilə davam etdirilib.
Rayon icra hakimiyyətindən AZəRTAC-a bildiriblər ki, Suraxanı Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası martın 4-də rayonun əmircan–Qaraçuxur yolunun ətrafında keçirilib. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılıb, abadlıq işləri görülüb.
Ağacəkmə aksiyasında rayon icra hakimiyyəti başçısı ilqar Abbasov, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, RiHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak ediblər. 250 nəfərin qatıldığı növbəti ağacəkmə aksiyasında 600-dən çox ağac əkilib.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.