"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Suraxanı rayonunda görülən abadlıq işlərində hansı bələdiyyə yaxından iştirak edib?

--2017-03-07 / 15:13

Suraxanı rayonunda görülən  abadlıq-quruculuq işlərində Qaraçuxur bələdiyyəsi yaxından iştirak edib. Bu barədə Suraxanı RiH-in 2016-cı il üçün  hazırladığı hesabatda deyilir.

Hesabatda daha sonra qeyd edilir ki,  Suraxanıda görülən abadlıq quruculuq işlərində Mənzil Kommunal Təsərrüfatı Birliyi, “Suraxanı Oyl” əməliyyat şirkəti, “ATEF şirkətlər Qrupu”, “Dalma” qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi, Suraxanı Maşınqayırma Zavodu, Enerji Təchizatı və Satışı idarəsi, Su-Kanal idarəsi də yaxından iştirak ediblər.

Qeyd edək ki, Suraxanı rayonunda altı bələdiyyə - Zığ, Qaraçuxur, Hövsan, əmircan, Bülbülə, Yeni Suraxanı formalaşdırılıb.

Rayon bələdiyyələrinin əlaqələdirmə şurasının sədri də Qaraçuxur bələdiyəsinin sədri ixtiyar Nəcəfov seçilib.

Belediyye.info

ŞƏRHLƏR