Suraxanı rayon Qaraçuxur bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, rayon ziyalılarından və bələdiyyə üzvlərindən ibarət rayon nümayəndə heyəti Latviya Respublikasına işgüzar səfərə gedib.
Nümayəndə heyətinə Qaraçuxur Bələdiyyəsinin sədri ixtiyar Nəcəfov, bələdiyyə üzvü Arif Cəfərov, habelə 141 saylı məktəbin direktoru Fərəh Hüseynova və 15 saylı poliklnkanın həkimi Eleonora Hətəmova daxildir.
Qeyd edək ki, Qaraçuxur bələdiyyəsi 2012-ci ildən bu ölkənin Yekabplis şəhəriylə qardaşlaşıb. Bu günədək bir neçə dəfə şəhər rəhbərliyi səviyyəsində səfərlər təşkil edilib.
On iyuladək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti "şəhər günü" ilə bağlı tədbirlərdə iştırak edəcək, digər ölkə nümayəndələriylə görüşlər keçirəcək, habelə Yekablis şəhər bələdiyyəsiylə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, habelə birgə layihələrin işlənməsi üçün fikir mübadiləsi aparacaq.
Yekablis 1670- ci ildə Latviyanın şəhər statusu almış qədim şəhərlərindən biridir. Haızrda şəhərdə 30 min nəfərə yaxın əhali yaşayır.
Belediyye.info