"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Suraxanıda növbəti ağacəkmə aksiyası keçirilib

--2018-10-13 / 09:57

Suraxanı Rayon icra Hakimiyyəti rayonun qəsəbələrində növbəti dəfə ağacəkmə aksiyası keçirilib. Bu barədə məluamtı Suraxanı RiH yayıb.

Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun əmircan qəsəbəsində Balandin küçəsinin, Bülbülə qəsəbəsində isə Səttar Bəhlulzadə küçəsinin kənarlarında keçirilib.

Ağacəkmə aksiyasında rayon icra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, RiHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, sənaye, səhiyyə müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak edib.

Ağacəkmə aksiyasında rayonda formalaşdırılan altı bələdiyyənin kollektivləri də yaxından iştirak ediblər.

100 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 200-dən artıq ağac əkilmişdir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyaları davam edəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR