"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Suraxanılılara hesabat verildi

--2016-01-22 / 21:43

Bu gün Suraxanı rayonu  Qaraçuxur bələdiyyəsiylə qəsəbə icra nümayəndəliyinin birgə hesabat yığıncağı keçirilib. Bələdiyyədən daxil olan məlumata görə,hesabat yığıncağını Suraxanı rayon icra  Hakimiyyəti başçısının müavini  Etibar Yolcuyev açaraq   qəsəbədə aparılan quruculuq işlərindən danışıb. O həmçinin  sakinlərin qarşılaşdığı  problemlərə və onların həlli yollarına da toxunub. Etibar Yolçuyev 2016- cı il üçün hər iki qurumun üzərinə düşən vəzifələrdən danışaraq sakinləri   müzakirələrdə aktiv olmağa dəvət edib.

Yığıncaqda Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov çıxış edərək, son bir il ərzində bələdiyyənin fəaliyyətindən, qarşılaşdığı çətinliklərdən və onların həlli yollarından danışaraq cari ildə bələdiyyələrin maliyyə vəsaitlərinin xərclənməsində israfçılığa yol verməməli olduqlarını, bütün diqqətin yalnız sakinlərin sosial-rifah halının yaxşılaşdırılmasına yönəltməli olduqlarını qeyd edib.

Qaraçuxur qəsəbə icra nümayəndəsi Vilayət əmirov qəsəbədə   kommunal xidmət sahələrin əlaqəli şəkildə fəaliyyət göstərdiklərindən danışaraq,   sakinlərin bütün  müraciətlərinə diqqətlə yanaşdıqlarını bildirib.

Müzakirələrdə qəsəbə sakinləri, ziyalılar çıxış edərək hər iki quruma sakinlərin dəstək verməli olduğunu deyərək qarşılaşdıqları problemlərdən də söz açıblar

Müzakirələrdə  hesabatı qənaətbəxş hesab edərək bəzi təkliflərin cari ildə nəzərə alınacağı bildirilib.

iki yüz nəfərə yaxın qəsəbə sakininin iştirak etdiyi hesabat yığıncağı qəsəbədə olan 104 saylı  məktəbin akt zalında keçirilib

Belediyye.info

 

ŞƏRHLƏR