"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şuşa əhalisi təsərrüfat işləriylə necə məşğul olur?

--2022-11-10 / 16:15

(2022-ci il oktyabr ayının 1-i vəziyyətinə kənd təsərrüfatı işlərinin gedişi haqqında)

 şuşa rayon əhalisi məcburi köçkün olaraq respublikamızın müxtəlif rayon və şəhərlərində məskunlaşmış və həmin ərazilərdə bu və ya digər formada torpaqdan istifadə etməklə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkinini aparmışlar.

şuşa rayonu üzrə 2022-ci ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur ki, şuşa rayonu üzrə 2022-ci ilin məhsulu üçün 01 yanvar 2022-ci il vəziyyətinə 2302,5 hektar sahədə şumlama işi aparılmış, ondan 684,8 hektarında buğda, 1337,2 hektarında arpa, 77,8 hektarında isə yaşıl yem üçün xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 684,8 hektar buğda sahəsi və 1337,2 hektar arpa sahəsi olmuşdur.

2022-ci ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 10,0 hektar sahədə buğda, 6,0 hektar sahədə qarğıdalı, 101,5 hektar sahədə tərəvəz, 2,0 hektar sahədə kartof, 10,5 hektar sahədə isə yazlıq yonca və 51,0 hektar sahədə ərzaq üçün bostan bitkiləri (44,5 hektar yemiş, 6,5 hektar qarpız) əkilmişdir.

Beləliklə, 2022-ci ilin məhsulu üçün 2413,2 hektar əkin sahəsi vardır. Bunun 2099,8 hektarı payızlıq, 181,0 hektarı yazlıq və 132,4 hektarı isə keçən illərdən qalmış yonca sahəsidir. Bundan başqa rayonumuzda 12,5 hektar bağ sahəsi vardır.

01 oktyabr 2022-ci il tarixinə qarğıdalı istisna olmaqla bütün əkin sahələrində məhsul yığımı başa çatdırılmışdır.

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 694,8 hektar buğda sahəsindən 6,5 hektarında məhsul olmadığı üçün biçin aparılmamış, 688,3 hektarından isə 15459,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 13439,0 sentner, yəni 46,5% az olmuşdur. Keçən il məhsuldarlıq 23,3 sentner/ha olduğu halda, bu il 22,5 sentner/ha olmuşdur.

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 1337,2 hektar arpa sahəsindən 195,0 hektarında məhsul olmadığı üçün biçin aparılmamış, 1142,2 hektarından isə 23192,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 9309,0 sentner, yəni 67,1% çox olmuşdur. Keçən il məhsuldarlıq 19,0 sentner/ha olduğu halda, bu il 20,3 sentner/ha olmuşdur.

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 2,0 hektar kartof sahəsindən 230,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 10,0 sentner, yəni 4,5% çoxdur. Məhsuldarlıq keçən il 110,0 sentner/ha olduğu halda, bu il 115,0 sentner/ha olmuşdur.

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 101,5 hektar tərəvəz sahəsindən 21415,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 10650,0 sentner, yəni 98,9% çox olmuşdur. Keçən il məhsuldarlıq 180,9 sentner/ha olduğu halda, bu il 211,0 sentner/ha olmuşdur.

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 51,0 hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 6220,0 sentner məhsul əldə edilmişdir. Keçən il məhsuldarlıq 78,9 sentner/ha olduğu halda, bu il 122,0 sentner/ha olmuşdur.

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 142,9 hektar yonca sahəsindən 6002,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 758,0 sentner, yəni 21,7% az olmuşdur. Keçən il məhsuldarlıq 42,1 sentner/ha olduğu halda, bu il 42,0 sentner/ha olmuşdur.

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 6,0 hektar qarğıdalı sahəsi vardır ki, 01 oktyabr 2022-ci il vəziyyətə məhsul yığımı aparılmamışdır.

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 12,5 hektar meyvə bağı sahəsi vardır ki, 01 oktyabr 2022-ci il vəziyyətə məhsul yığımı aparılmamışdır.

2022-ci ilin payızında 2023-cü ilin məhsulu üçün 01 oktyabr vəziyyətə 1348,0 hektar sahədə şum qaldırılmış və 31,0 hektar sahədə yaşıl yem üçün arpa səpini aparılmışdır.

2022-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq sahəsində rayon üzrə bütün təsərrüfat kateqoriyalarında 4918 baş iribuynuzlu mal-qara, o cümlədən 2426 baş inək və camış, 36381 baş qoyun və keçi mövcud olmuşdur.

01 oktyabr 2022-ci il tarixinə mövcud olan mal-qaranın baş sayını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görərik ki, iribuynuzlu mal-qara 43 baş, o cümlədən inək və camış 20 baş, qoyun və keçilər isə 900 baş çox olmuşdur.  

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə rayon üzrə ət istehsalı 2775,0 sentner (diri çəkidə), süd istehsalı 16805,0 sentner, yumurta istehsalı 786,0 min ədəd, yun istehsalı isə 535,0 sentner olmuşdur. Bu da keçən ilin müvafiq dövrünə nisbətən ət 36,0 sentner, yəni 1,3 % çox, süd 55,0 sentner, yəni 0,3% çox, yumurta isə 6,0 min ədəd, yəni 0,8 % çox, yun 60,0 sentner, yəni 12,6 % çox olmuşdur.

2022-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 7149,4 min manat (4223,8 min manat bitkiçilik, 2925,6 min manatı isə heyvandarlıq məhsulları üzrədir), yəni keçən ilin müvafiq dövrünə nisbətən 40,4 % çox olmuşdur.

 Anar Xəlilov

şuşa Rayon Statistika idarəsinin rəisi  

ŞƏRHLƏR