"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şuşa rayonu əhalisinin məskunlaşdığı ərazidə heyvanların, quşların və arı ailələrinin tam uçotunun aparılması yekunlaşmışdır

--2022-02-08 / 15:11

Kənd təsərrüfatı sahəsində aparılan islahatların uğurlu nəticəsi olaraq vətəndaşların şəxsi təsərrüfatlarında mal-qara və quşların sayı nəzərə çarpacaq şəkildə artmış, özəl sektorun hesabına kənd təsərrüfatı məhsullarının istehsalı xeyli çoxalmışdır.

01 yanvar 2022-ci il vəziyyətinə heyvanların, quşların və arı ailələrinin tam uçotunun aparılması şuşa rayonunun 13 inzibati ərazi dairəsi üzrə 38 yaşayış məntəqəsində, 7674 təsərrüfatda keçirilmişdir. Aparılan siyahıyaalma nəticələri aşağıdakı kimi olmuşdur:

iri buynuzlu mal-qara rayon üzrə cəmi 562 ev təsərrüfatında 4895 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 97 ev təsərrüfatında olmaqla 1362 baş, kənd yeri üzrə isə 465 ev təsərrüfatında olmaqla 3533 baş olmuşdur.

inək və camışlar rayon üzrə 562 ev təsərrüfatında 2413 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 97 ev təsərrüfatında olmaqla 709 baş, kənd yeri üzrə isə 465 ev təsərrüfatında olmaqla 1704 baş olmuşdur.

Qoyun və keçilər rayon üzrə 425 ev təsərrüfatında 36247 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 81 ev təsərrüfatında olmaqla 16129 baş, kənd yeri üzrə isə 344 ev təsərrüfatında olmaqla 20118 baş olmuşdur.

Quşlar rayon üzrə 556 ev təsərrüfatda 19382 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 79 ev təsərrüfatında olmaqla 3334 baş, kənd yeri üzrə isə 477 ev təsərrüfatında olmaqla 16048 baş olmuşdur.

Arı ailəsi rayon üzrə 151 ev təsərrüfatında 4163 arı ailəsi olmuşdur ki, bundan da şəhər yeri üzrə 49 ev təsərrüfatında olmaqla 1831 arı ailəsi, kənd yeri üzrə isə 102 ev təsərrüfatında olmaqla 2332 arı ailəsi olmuşdur.

01 yanvar 2022-ci il vəziyyətinə rayon üzrə keçən il iri buynuzlu mal – qara 4869 baş olduğu halda, bu il 4895 baş olmuş, yəni 26 baş və ya 0,5%, inək və camış keçən il 2399 baş olduğu halda, bu il 2413 baş olmuş, yəni 14 baş və ya 0,6%, qoyun və keçi keçən il 35821 baş olduğu halda, bu il 36247 baş olmuş, yəni 426 baş və ya 1,2% artmışdır.

Atlar keçən il 207 baş olduğu halda, bu il 216 baş olmuş, yəni 9 baş və ya 4,3% artmışdır. Quşlar isə keçən il 19077 baş, bu il isə 19382 baş, yəni 305 baş və ya 1,6% artmışdır. Arı ailəsi keçən il 4302 ailə olduğu halda, bu il isə 4163 ailə olmuş, yəni 139 arı ailəsi və ya 3,2% azalmışdır.

01.01.2021-ci il ilə müqayisədə 01.01.2022-ci ildə şuşa rayonu üzrə mal-qaranın sayı aşağıdakı cədvəldə əks olunmuşdur:

 

 

01.01.2022-ci il vəziyyətə

01.01.2021-ci il vəziyyətə

01.01.2021-ci ilin 01.01.2020-ci ilə nisbəti, %-lə

iri buynuzlu mal-qara

4895

4869

100,5

inək və camışlar

2413

2399

100,6

Qoyun və keçilər

36247

35821

101,2

Bütün növ quşlar

19382

19077

101,6

Atlar

216

207

104,3

Arı ailəsi

4163

4302

96,8

 

əhalinin heyvandarlığa olan marağının nəticəsidir ki, bəzi çətinliklərə baxmayaraq rayonun əhalisi bu sahəni daha yüksək inkişaf etdirməyə çalışırlar.

  

Anar Xəlilov

şuşa Rayon Statistika idarəsinin       rəisi    

ŞƏRHLƏR